İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Ali Dini Lider Həzrət Ayətullah İmam Seyid Əli Xaməneinin əsərlərinin qorunması və nəşri təşkilatı Həzrət Ayətullah Xaməneinin 1372-ci ildə (1993) Həzrət Fatimə Məsumənin (s) təvəllüd günü Həzrət Məsumənin (s) ziyarətgahının xatirə dəftərinə yazdığı və hal-hazırda bu ziyarətgahda saxlanılan yaddaşı yayıb. Yaddaşın mətnini təqdim edirik:
"Bismillahir-rəhmanir-rəhim. Əssəlamu Ələykum Ya Əhlu Bəytin-Nubuvvət və muziur-risalət. Əssəlamu Ələyki Ya Qürrətə Əynir-Rəsul (s).
Qoruyucuları Mələklər olan bu pak və dəyərli astananın xidmət iftixarını danışıdığınız üçün siz əzizlərimə təbrik deyirəm. Böyük Qum Elmi-Dini Hövzəsini təşkil edən bu hidayət və nur sərçeşməsinin (Həzrət Məsumənin (s) ziyarətgahı) haqqı o qədər böyükdür ki, bu həqir bəndənin dili və qələmi onu bəyan etməkdən acizdir. Bu ziyarətgah ondan feyz kəsb edən hər kəsin boyununda imkan çatan qədərincə haqqı vardır və hamının bu müqəddəs hərəm qarşısında vəzfisəi vardır. Allah-Taala sizi hamınızı və Vəhyin Əhli-Beytinin (ə) Vilayət ipindən yapışmış bütün insanları Əhli-Beyt (ə) qarşısındakı haqları əda etməyə müvəffəq etsin.
Hal-hazırda müqəddəs hərəm və onun ətrafındakı evlərin vəziyyəti keçmişə nisbət daha yaxşı haldadır. Keçmişə nisbətdə daha yaxşı intizam, nəzafət, genişlik və əzəmətə malikdir. Bu yaxşılaşdırma işləri gərək daha da inkişaf etsin. Bundan əlavə hərəmin hiadyət edici, mənəvi və ruhi ab-həvasına da diqqət edilsin.
Allah-Taala böyük alim mərhum Ayətullah Hacı Şeyx Əbdülkərim Hairini və mərhum Ayətullah Brucerdini rəhmət və onları bu müqəddəs məzarın sahibəsi ilə məşhur etsin. Və rəhmətlik İmam Xumeyninin - ki, bütün keçmiş alimlərin zəhmət və səylərinə təzə can verdi, ruhunu ən ali dərəcələrə çatdırsın. Allah hamınızı qorusun.
Seyi Əli Xamənei
3/7/72
1101491