Siyasi qrup: Lahur şəhərinin müsəlmanları – Pakistanın Pəncab əyalətinin mərkəzi, Peyğəmbəri (s) təhqir edən filmin əleyhinə etiraz aksiyası keçirərək Amerikanın bayrağını bu ölkənin konsulluğunda yadnıraraq "Ləbbəyk Ya Rəsuləllah" bayrağını bu konsulluğun üzərində dalğalandırdılar.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Asiya regionu üzrə şöbəsinin verdiyi xəbərə görə bu etiraz aksiyası və Amerikanın bayrağının yerə endirilərək yandırılması alimlər, mütəfərkkirlər, tələbələr və şiələrin iştirakı və Müsəlmanların Vəhdət Məclisinin təşəbbüsü ilə sentyabr ayının 18-də həyata keçirilmişdir.
Bu nümayişdə etriazçılar Amerikanın konsulluğunun önündə "Ölüm olsun Amerikaya", " Ölüm olsun İsrailə", "Ləbbəyk Ya Rəsuləllah" və "Amerika sünni və şiənin düşməni" şüarlarını səsləndiriblər.
Polisin etirazçılara gözyaşardıcı qazla hücum etməsinə və neçə yaralandığına baxmayaraq onlar konsulluğun bayrağını yerə endirərək yandırıblar.
Amma Pakistan dövləti bu xalqın etriazlarına məhəl qoymayaraq Amerika ilə rabitələrini gücləndirməyə israrlıdır.
1101775