IQNA

Amerika müsəlmanları İslamı təhqir edən filmin və karikaturaların əleyhinə etiraz aksiyası keçirdilər

16:52 - September 22, 2012
Xəbər sayı: 2417108
Beynəlxalq qrup: Dünən sentyabr ayının 21-də yüzlərlə amerikalı müsəlman İslamı və İslam Peyğəmbərini (s) təhqir edən filmin və karikaturaların əleyhinə ABŞ-ın Michigan ştatının Dearborn şəhərində etiraz aksiyası keçirdilər.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Press TV-yə istinadən verdiyi xəbərə görə bu aksiya ABŞ-ın İslami Mərkəzinin təşəbbüsü sayəsində xoş niyyət, dostluq hədəfi ilə və sülhü yaymaq və nifrətə qarşı mübarizə üçün keçirilmişdir.
ABŞ-ın İslami Mərkəzinin məsulları öz saytlarında elan ediblər: İslami ölkələr və İslam mədəniyyəti ilə tanışlıq bu aksiyanın digər bir hədəfidir.
Senyabr ayının 20-də də müxtəlif dinlərin inanclıları dövləti və yerli məsullarla birlikdə ABŞ-ın İslami Mərkəzinin qarşısında mitinq keçirmişdilər. Onlar bir-birinin əlindən tutaraq dini ayrı-seçkiliyi və düşmənçiliyi yaymaq istəyənlərə qarşı öz nifrətləri elan etdilər.
1104207
captcha