IQNA

Braziliyalı müsəlman qadınlar lazımi sənədlər üçün hicabdan istifadə edə biləcəklər

16:34 - September 25, 2012
Xəbər sayı: 2419678
İctimai şöbə: Braziliya dövləti ölkənin müsəlman qadınlarına lazımi sənədlər üçün hicabla şəkil çəkdirmələrinə icazə verdi.
İQNA xəbər agentliyinin məlumatına əsasən, Braziliya dövləti lazımi sənədlər üçün hicabla şəkil çəkdirməyə icazə verdi. Hal hazırda ölkə xanımları şəkil çəkdirən zaman hicabdan istifadə edə bilərlər.
Braziliya dövləti bir sıra vətəndaşların müraciətinə diqqət yetirərək belə bir addım atmışdır.
Qeyd edək ki, bir müddət bundan öncə sürücülük vəsiqəsi almaq istəyən bir xanım sürücülük vəsiqəsində hicabla şəkil çəkdirməsini istəmişdir. Onun bu istəyinin rədd edilməsi Braziliya müsəlmanlarının narazılığına səbəb oldu. Sonda onların müraciətindən sonra lazımi sənədlər üçün hicabla şəkil çəkdirməyə icazə verildi.
1106391.
captcha