İQNA-nın (İran Quran Xəbər Agentliyi) "min20" saytına istinadən verdiyi xəbərə görə Los Angeles məhkəməsi ötən günü "Cindy Lee Garcia" Peyğəmbəri (s.ə) təhqir edən filmin aktyorunun filmin You Tube saytında yayımlanmasına qadağa qoyulması ilə bağlı ərizəsini qəbul etməyib.
"Cindy Lee Garcia" çərşənbə günü (19 sentyabr) məhkəməyə müraciət edib filmin You Tube saytında yayımlanmasının qadağan etməsini istəyib. O, məhkəməyə bildirib ki, filmin təşkilatçıları onu aldadıb və filmin Peyğəmbər (s.ə) barədə olduğunu ona deməyiblər. O, əlavə edib: "Mənə demişdilər ki, filmin adı "Səhra döyüşü"dür və bir misirli macəraçı barədə söhbət gedir".
Bu filmin You Tube saytında nümayişindən sonra dünya müsəlmanlarının etirazları baş qalxızıb. Filimin adı "Müsəlmanların məsumluğu"dur; filimdə Peyğəmbər (s.ə) döyüşçü və arvadbaz kimi qələmə verilir.
1106551