IQNA

Belarusiyanın Baş Müftisi Amerika istehsalı olan mənfur filmin yayımının qarşısının alınmasının zəruri olduğunu vurğuladı

22:42 - September 27, 2012
Xəbər sayı: 2421104
Siyasi qrup: Əli Varanoviç – Belarusiyanın Baş Müftisi, Amerika istehsalı olan Peyğəmbərimizin (s) müqəddəs məqamını təhqir edən mənfur filmin yayımının qarşısının alınmasının zəruri olduğunu vurğuladı.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Avropa şöbəsinin verdiyi xəbərə görə Əli Varanoviç – Belarusiyanın Baş Müftisi, sentyabr ayının 25-də etdiyi çıxışında deyib: "Bəzi Qərb KİV-lərində İslam və müsəlmanlar əleyhinə zülmkar mübarizə başlanmışdır... müsəlmanlar təkcə İslam və Məsihiyyət deyil, bəlkə hər bir böyük və kiçik dinin siyasi oyuncaq kimi istifadə olunmasının əleyhinədirlər".
Əli Varanoviç – Belarusiyanın Baş Müftisi, Aleksandr Sdvizhkovun – Zgoda jurnalının baş katibi, İslam Peyğəmbərini (s) təhqir edən karikatura yaydığı üçün 3 il həbsə məhkum edildiyinə işarə edərək dedi: Amerika istehsalı olan bu mənfur və təhqiredici filmin də istehsalçıları cəzalandırılmalıdırlar. Və bu ifratçılığa və fitnəkarlığa sövq edən filmin yayılmasının qarşısı alınmalıdır".
1107274
captcha