IQNA

Qazaxıstan məhkəməsi Amerikanın hazırladığı İslam Peyğəmbərini (s) təhqir edən filmin yayılmasını qadağan etdi

14:53 - October 05, 2012
Xəbər sayı: 2425978
Beynəlxalq qrup: Qazaxıstan məhkəməsi dünən oktyabr ayının 4-də bəyaniyyə yayaraq Amerikanın hazırladığı İslam Peyğəmbərini (s) təhqir edən "müsəlmanların məsumiyyəti" adlı iyrənc filmin yayılmasını qadağan etdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "LEFİGARO" saytına istinadən verdiyi xəbərə görə Qazaxıstan məhkəməsi Amerikanın hazırladığı İslam Peyğəmbərini (s) təhqir edən filmin haqqına araşdırma apardıqdan sonra dünən oktyabr ayının 4-də bəyaniyyə yayaraq "müsəlmanların məsumiyyəti" adlı iyrənc filmi ifratçılıq və dini kobudluq adlandırmış və bu filmin yayılmasını qadağan etmişdir.
Qazaxıstanın paytaxtı olan Astana şəhərinin məhkəməsi Amerikanın hazırladığı İslam Peyğəmbərini (s) təhqir edən "müsəlmanların məsumiyyəti" adlı iyrənc filmi ifratçılıq adlandıraraq onu İslam və müsəlmanlar təhqir hesab etmiş və bu kinonun yayımlanması və surətinin çıxardılıb paylanmasını qadağan etdi.
Qeyd edək ki, bu filmin yayılmasını İran, Türkiyə, İndoneziya, Tunis, Misir, Livan və Rusiya da qadağan etmişdir.

1113570
captcha