IQNA

Sərnişinsiz "Əyyub" təyyarəsi bir daha İslami Müqavimət hərəkatının düşmən qarşısında gücünü sübut etdi

20:59 - October 14, 2012
Xəbər sayı: 2431456
Beynəlxalq qrup: Hizbullah Təşkilatının Baş Katibinin müavini çıxışında təkid etdi: Sərnişinsiz "Əyyub" təyyarəsinin işğal olunmuş ərazilərə göndərilməsi bir daha İslami Müqavimət hərəkatının sionist düşmən qarşısında gücünü sübut etdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Əl-Mənar" kanalının saytına istinadən verdiyi xəbərə görə Şeyx Nəim Qasim - Hizbullah Təşkilatının Baş Katibinin müavini, Livanın Əlmustafa mədrəsələrinin "Əl-Cinan" salonunda Livanlı şəxsiyyətlərin və tələbələrin hüzurundakı çıxışında təkid etdi: Sərnişinsiz "Əyyub" təyyarəsinin işğal olunmuş ərazilərə göndərilməsi bir daha İslami Müqavimət hərəkatının sionist düşmən qarşısında gücünü sübut etdi.
"Əyyub" təyyarəsi həm İsrailin və həm də bu rejimə bağlı ərəb ölkələrinin canına vahimə salmışdır. Hizbullahın şərəfli müqavimətçiləri bu günə qədər sionistlərin qarşısında qəhrəmancasına dayanmışdır. Hizbullahın qüdrəti idi ki, 2006-cı ilin müharibəsində Livana nicat verdi.

1118969
captcha