İQNA-nın (İran Quran Xəbər Agentliyi) BƏƏ çapı olan Darul-Xəlic qəzetinə istinadən verdiyi xəbərə görə İsmail Həniyyə - Fələstin Xalqının Seçdiyi Dövlətin (HƏMAS) Baş Naziri, Həmas dövlətinin keçmiş nazirlərinin təltif və təqdir mərasimindəki çıxışında dedi: Qəzzə Fələstindən ayrı deyil. Bəlkə bütün Fələstinin azadlığı üçün Qəzzə ilk addımdır.
Qüdrət bizim üçün vəsilədir hədəf deyil. Bizim hədəfimiz Fələstinin, Qüdsün və İsranın azadlığı və qaçqınların vətənə qaytarılmasıdır.
Qəzzə keçmişdən bu günə qədər fələstinlilərin alınmaz qalası olmuşdur.
Bizim dövlətimiz müqavimət dövlətidir. Və sionist rejimi ilə həmkarlıq etməyəcəkdir. Biz bir olmalıyıq. Fələstinin bölünməsi bizim zərərimizədir.
1121265