IQNA

İran İslam Respublikası Xarici İşlər Nazirliyi sözçüsünün Qəzzəyə humanitar yardım aparan gəminin hücuma məruz qalmasına reaksiyası

21:31 - October 22, 2012
Xəbər sayı: 2436198
Siyasi qrup: Ramin Mehmanpərəst - İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü, Qəzzəyə humanitar yardım aparan gəminin hücuma məruz qalmasını sionistlərin dəniz quldurluğunun bariz nümunəsi və insan hüquqların aşkara ayaq altına atılması hesab edərək sionistlərin bu addımını məhkum etdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat və informasiya idarəsinə istinadən verdiyi xəbərə görə Ramin Mehmanpərəst - İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü, Qəzzəyə humanitar yardım aparan gəminin hücuma məruz qalmasını sionistlərin dəniz quldurluğunun bariz nümunəsi və insan hüquqların aşkara ayaq altına atılması hesab edərək sionistlərin bu addımını məhkum etdi. O, gəmidəki təcili yardım köməkçilərinin oğurlanmasını qeyri-insani addım sayaraq cinayətkarların beynəlxalq məhkəmədə mühakimə olunmasını istədi.
Ramin Mehmanpərəst - İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü, Mərmərə gəmisinə edilən hücumu xatırladaraq dedi: Sionist rejimin cinayətləri o zaman layiqli cavabını alsa və beynəlxalq ictimaiyyət tərəfindən ciddi cavablandırılsa idi bu gün bu qanunsuz rejim həmin cinayəti təkrar etməyə cürət etməzdi.
Ramin Mehmanpərəst beynəlxalq təşkilatlardan tez bir zamanda Qəzzə xalqının mühasirəsinin sındırılması üçün addım atmalarını istədi.
1124108
captcha