IQNA

ABŞ-ın çap etdiyi təhrif olunmuş Quran Fars körfəzi ölkələrində paylandı

21:19 - November 04, 2012
Xəbər sayı: 2442649
Beynəlxalq qrup: Amerikanın iki çap və nəşriyyat müəssisəsi "Əl-Fürqanul-Həqq" adı altında müsəlmanların müqəddəs kitabının təhrif olunmuş nüsxəsini Fars körfəzi bazarlarına yaydılar.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Əl-Mədinə News" saytına istinadən verdiyi xəbərə görə Küveytin "Əl-Furqan" nəşriyyəsi bu xəbəri elen edərək yazır: Adı Şeytan ayələri qoyulması daha uyğun olan təhrif olunmuş Quran nüsxəsi gözəl üzlənmiş halda çap edilib və Fars körfəzi ölkələrində xüsusilə də Küveytdə paylanıb.
ABŞ-ın "Omega 2001" və "wine Press" adlı iki çap nəşriyyatı müəssisəsi "Əl-Fürqanul-Həqq" adı altında müsəlmanların müqəddəs kitabının təhrif olunmuş nüsxəsini ki, 366 səhifə və 77 surədən ibarətdir Ərəb və İngilis dillərində Fars körfəzi bazarlarına və məktəblilər arasında yaydılar.
Bu təhrif olunmuş nüsxənin giriş sözündə yazılıb ki, bu 21-ci əsrin müqəddəs kitabıdır və onu "sülh" və "üç dinin" (islam, məsihilik, yəhudilik) kitabı adlandırmaq olar.
Bu kitab «باسم الأب الكلمة الروح الإله الواحد الأوحد. مثلث التوحيد.. موحد التثليث ما تعدد» sözü ilə başlamışdır ki, məsihiliyin əqidəvi cilvəsidir və sonra Fatihə, Məhəbbət, Məsih, salus, marqin, səlb, makrin, incil, əsatir, kafirun, tənzil, təhrif, əzha, əbəsə və şəhid surələri ilə davam edir.
Küveyt dövləti bu mənfur addıma hələki reaksiya verməmişdir.

1131185
captcha