İQNA-nın (İran Quran Xəbər Agentliyi) "ic-pel" xəbər saytına istinadən verdiyi xəbərə görə Hicri-Qəməri tarixinin 1434-cü ilinin Məhərrəm ayının birinci on günü cümə günündən (16 noyabr) başlayaraq İngiltərənin London şəhərinin İslam Mərkəzində Kərbəla şəhidləri üçün əzadarlıq mərasimi keçiriləcək.
Əzadarlıq İngiltərə İslam mərkəzində dünyanın hər yerindən bura toplaşan bütün şiələr üçün İngilis, Fars, Urdu və Ərəb dillərində təşkil olunacaqdır.
Mərasimdə İmam Hüseyn (ə) və Aşura qiyamı barəsində müxtəlif alimlər tərəfindən çıxışlar olacaq, növhə və mərsiyələr oxunacaqır.
Mərasimdə Əbdül-Hüseyn Müizzi farsca və Usamə Əbdül-Ğəni – Qum Dini-Elmi Hövzəsinin məzunu, İngiliscə çıxış edəcəklər.
1132654