Beynəlxalq qrup: Əhməd Təyyib - Əl-Əzhər Ali Dini Universitetinin Şeyxi və Əli Cümə - Misirin Baş Müftisi, Beynəlxalq Təşkilatlardan Miyanmar müsəlmanlarının qətliamının dayandırılmasını tələb etdilər.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Əl-Misri Əl-Yəvm" qəzetinə istinadən verdiyi xəbərə görə Əhməd Təyyib - Əl-Əzhər Ali Dini Universitetinin Şeyxi və Əli Cümə - Misirin Baş Müftisi, Beynəlxalq Təşkilatlardan və İslami ölkələrdən Miyanmar müsəlmanlarının köməyinə çatmalarını və Miyanmar dövlətinə təziqlər edərək müsəlmanların qətliamının dayandırılmasını və onlara olunan zülmlərinin qarşısının alınmasını tələb etdilər.
Əhməd Təyyib - Əl-Əzhər Ali Dini Universitetinin Şeyxi, dedi: Qətliam, irqçilik, müsəlmanların milli kimliyinin inkarı və müsəlmanları zorla dəstə-dəstə qonşu ölkələrə qovmaq Miyanmarda baş verənlərin və Asiyanın Cənub-Şərqində müsəlmanları təhdid edən hadisələrin kiçik bir nümunəsidir.
O əlavə etdi: Bu ölkədə çoxluq təşkil edənlər milli hislərinə qapanmış və Miyanmar müsəlmanlarının hüquqlarına hörmət etmir və ayaq altına atırlar. Biz dünyanın bu nöqtəsində zülmə məruz qalmış qardaşlarımızı xilas etməliyik. Çünki onların əleyhinə törədilən cinayətlər bəşəriyyət və insaniyyət əleyhinə işlənmiş cinayətlərdir.
1133842