İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə İran İslam Respublikası İslam Şurasının (Milli Məclisinin) 215 nəfər nümayəndəsi bu gün (18 oktyabr) bəyaniyyə yayaraq sionistlərin son günlərdə Qəzzəyə hücumlarını və burada yaşayan əhainin qətliamını məhkum etdilər.
Bəyaniyyədə deyilir: Oyuncaq və qəddar sionist rejimi ABŞ-ın hərtərəfli himayəsi altında məzlum Qəzzə əhalisinə qarşı yenidən genişmiqyaslı cinayətlərinə başlamış və son günlərdə ardıcıl olaraq günahsız insanların və qadın və uşaqların qanını yerlə yeksan etmişdir.
Sionistlər öz yanlış təsəvvürləri əsasında ki, MÜQAVİMƏT hərəkatını sarsılda biləcəklər deyə 20 dəfə Suriya əleyhinə siyasi, iqtisadi və nizami əməliyyat həyata keçirdilər. Onlar bu hesabla ki, Qəzzə əhalisinin müqavimətini qıra və HƏMAS və İSLAM CİHADI qruplaşmalarını təslim olmağa məcbur edə biləcəklər bu vəhşi cinayətə əl ataraq Qəzzə əhalisinin yaşayış evlərini bombaladılar. Amma anlamırlar ki, bu gün Qəzzə 22 günlük döyüş Qəzzəsindən bu yana daha da gücləşib.
Qəzzə mücahidlərinin dağıdıcı cavabı və yəhudilər tərəfindən işğal olunmuş ərazilərə endirdiyi raket yağışı sionistlərin səhv hesablarına batil möhrü vurdu. Və göstərdi ki, bu işğalçı rejim Seyid Həsən Nəsrullahın 33 günlük döyüş zamanı dediyi toratan yuvasından artıq bir şey deyildir.
Biz İslam Şurası Məclisinin Üzvləri sionistlərin bu yeni cinayətlərini məhkum edir və şərəfli Qəzzə camaatından və mücahidlərdinın hərtərəfli himayəmizi elan edirik. İnanırıq ki, Allahın köməyi ilə qələbə məzlum Fələstin xalqının olacaq və sionist rejiminin sonu gələcəkdir.
1139614