IQNA

Hakerlər Kiber məkanda Sionistlərin Qəzzəyə vəhşicəsinə etdikləri hücumlarına kəskin cavab verdilər

23:59 - November 18, 2012
Xəbər sayı: 2450647
Beynəlxalq qrup: Tanınmayan Hakerlər Qrupu (ANONYMOUS) Sionistlərin Qəzzəyə vəhşicəsinə etdikləri hücumlarına kəskin cavab olaraq sioniat rejiminin çoxlu sayda internet saytlarını "hack – (взломать)" edərək sırdan çıxarmışlar.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "AJİB"ə istinadən verdiyi xəbərə görə Tanınmayan Hakerlər Qrupu (ANONYMOUS) Sionistlərin Qəzzəyə vəhşicəsinə etdikləri hücumlarına kəskin cavab olaraq sioniat rejiminin çoxlu sayda internet saytlarını "hack – (взломать)" edərək sırdan çıxarmış və bu rejimin maraqlarına zərər vurmuşlar.
"Anti-İsrail" adı altında həyata keçirilən bu əməliyyat 663 sionist saytına təsir göstərmiş və maşınqayırma şirkətləri, bankalar, Uruşəlim (Yerusəlim) bankı və İsrailin XİN-nin xəbər saytınlarında iş pozulmuşdur.
Tanınmayan Hakerlər Qrupunun (ANONYMOUS) məsulu deyib: "Biz bu əməliyyatı məzlum Fələstin xalqından himayə etmək və sionist rejimin cinayətlərini - ki, Qəzzənin internet şəbəkəsini kəsəcəyi ilə hədələmişdi, cavablandırmaq üçün həyata keçirdik.
Nə qədər ki, bizim qrup (ANONYMOUS) iş başındadır Qəzzənin inteneti heç vaxt kəsilməyəcək".
Bu qrup (ANONYMOUS) elə bir plan həyata keçirib ki, Qəzzənin interneti sionistlər tərəfindən kəsilərsə də camaat yenə də internetdən istifadə edə biləcəklər.
"TELECOMİX" Kiber dəstəsi də lazım olan avadanlığı İngilis və Ərəbcə əhalinin ixtiyarına vermişdir ki, lazım olan halda camaat ANONYMOUS qrupu ilə əlaqə saxlaya bilsinlər.
1139466
captcha