IQNA

İranın XİN-nin sözçüsünün Fələstinin BMT-də nəzarətçi üzv kimi seçilməsinə reaksiyası

20:59 - December 01, 2012
Xəbər sayı: 2456646
Siyasi şöbə: Ramin Mehmanpərəst – İran İslam Respublikasıbıb Xarici İşlər Nazirliyinin sözçüsü, Fələstinin BMT-də nəzarətçi üzv kimi seçilməsini müsbət və irəliyə doğru bir addım kimi qiymətləndirdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) XİN-nin informasiya bürosuna istinadən verdiyi xəbərə görə Ramin Mehmanpərəst – İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü, Fələstinin BMT-də nəzarətçi üzv kimi seçilməsini müsbət və irəliyə doğru bir addım kimi qiymətləndirərək dedi: Bu məsələ Fələstin xalqının hüquqlarının bərpası və sionistlərin cinayətlərinin araşdırılması üçün münasib bir fürsətdir.
İran İslam Respublikası Fələstin müqavimət təşkilatı ilə birgə olduğuna təkid edərək bu addımı da Fələstinlilərin işğal olunmuş torpaqlara qayıtması və sionist rejim ilə ciddi mübarizə üçün müsbət qiymətləndirir.
Ümid edirik ki, tez bir zamanda Fələstin BMT-də tam üzv kimi qəbul ediləcəkdir.

1145679
captcha