İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Palestine Info" saytına istinadən verdiyi xəbərə görə YUNİSEF-in (BMT-nin Uşaq Fondu) araşdırmalarının nəticələrinə əsasən Sionistlərin Qəzzəyə son hücumları bu regionda uşaqların ruhi sağlamlığına ciddi zərbə vurub. Beləki, Qəzzəli uşaqlar İsrailin hava və artilleriya hücumlarının nəticəsində ruhi xəstəliklərə düçar olmuş və uşaqların 60% qorxunc yuxular görürlər.
Bu hesabata görə Qəzzəli uşaqların 90% uca səslərdən qorxur və 12 yaşdan aşağı uşaqların 60%-dən çoxu yuxuda qorxurlarlar. Çünki bu səslər onlara raket zərbələrini xatırladır.
13-17 yaş arası uşaqlar isə həm uca səsdən və həm də yuxuda qorxurlar.
Qəzzəli uşaqların ruhi sıxıntılardan əlavə əsəb, qorxu və fikri diqqət və zehni mərkəzləşmə problemləri də vardır.
Marixie Mercado – YUNİSEF-in sözçüsü, dedi: Bu hesabat noyabr ayının axırlarında 545 Fələstinli uşaq üzrəində aparılmış araşdırmanın nəticəsidir.
1147489