IQNA

Olmert sionist rejiminin görünməmiş izolasiya və ictimai təcridinə etiraf etdi

13:10 - December 11, 2012
Xəbər sayı: 2461975
Beynəlxalq qrup: Ehud Olmert – sionist rejiminin sabiq baş naziri, öz çıxışında sionist rejiminin görünməmiş izolasiya və ictimai təcridinə etiraf edərək dedi: Benaymin Nitanyahunun dövləti yəhudi qəsəbələri yaratmaq siyasəti ilə İsraili görünməmiş izolasiyaya düçar etdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Reuters" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Ehud Olmert – sionist rejiminin sabiq baş naziri, öz çıxışında sionistlərin yeni E1 qəsəbə salma planına işarə edərək dedi: Bu plan beynəlxalq etirazların çoxalmasına səbəb olmuşdur.
O dedi: Fələstinin BMT-d ABŞ tərəfindən rəsmi tanınması İsrail dövlətinin üzünə çırpılan möhkəm şillə idi. Nitanyahu İsrail dövlətini bütün dünyadan təcrid etmiş və bu dövlət və yəhudilər gələcəkdə bunun üçün ağır qiymət ödəyəcəklər.
Yeni E1 qəsəbə salma palnı beynəlxalq narazılığa səbəb olmuş və hətta ABŞ və Avropa Birliyi də bu plana etiraz bildirmişlər.

1150968
captcha