IQNA

Ərəbistanlılar siyasi məhbusları himayə aksiyası keçirdilər

23:02 - December 22, 2012
Xəbər sayı: 2468225
Beynəlxalq qrup: Dünən (21 dekabr) Ərəbistanın paytaxtı və mühüm şəhərləri cammatın siyasi məhbusları himayə və onlarla həmrəylik elanı üçün keçirdikləri geniş şəkildə aksiyaların şahidi oldular.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Əl-Aləm TV kanalına istinadən verdiyi xəbərə görə Riyaz, Dimam və Qəsim kimi böyük şəhərlərin əhalisi dünən aksiya keçirərək siyasi məhbusları himayə etdiklərini bildiriblər.
Aksiyaçılar "azadlıq" şüarları səsləndirərək övladlarının sərbəst buraxılmalarını tələb etdilər.
Bu aksiyada iştirak edənlər "azadlıq" şüarları səsləndirərək övladlarının mühakiməsiz həbs olunmalarını pisləyərək məhkum etmiş və onların tez bir zamanda qeydsiz-şərtsiz sərbəst buraxılmalarını tələb ediblər.
Aksiya zamanı Riyaz, Dimam, Qəsim və Büreydə şəhərləri təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınmışdı.
Aksiyaçılar İnsan Hüquqları Müdafiəsi Təşkilatından Ali-Səud rejiminin məhbuslara qarşı cinayətlərinin qarşısının alınmasını tələb etdilər.

1158038
captcha