İQNA-nın (İran Quran Xəbər Agentliyi) Press TV-yə istinadən verdiyi xəbərə görə Qoşulmayanlar Hərəkatı (NAM) dünən dekabr ayının 31-də NAM-ın daimi üzvlərinin toplantısından sonra bəyaniyyə verərək İsrail rejiminin Fələstinin işğal olunmuş torpaq və ərazilərində qeyri-qanuni qəsəbə salması layihəsini məhkum etdi.
Bəyaniyyədə İsrail rejiminin Fələstin torpaqlarını zəbt etmə siyasəti beynəlxalq qanunların sındırılması sayılır və bu rejimdən tələb olunur ki, öz qeyri-qanuni qəsəbəsalma fəaliyyətlərinə son qoysun.
120 nəfərlil NAM Hərəkatı BMT-dan tələb edir ki, İsrail rejiminə təzyiq emal edərək sionistlərin Fələstinlilərə qarşı emal etdikləri məhdudiyyətlərin qarşısını alsınlar.
Qeyd edək ki, keçən ay İsrail rejimi BMT-nin narazılığına baxmayaraq işğal olunmuş ərazilərdə 6500 yaşayış mənzilinin tikiləcəyini xəbər vermişdi.
BMT və dünya dövlətləri 1967-ci illərdə işğal olunmuş ərazilərdə tikinti işlərinin aparılmasını qeyri-qanuni hesab edirlər.
1164459