IQNA

Bizi tərk-silah etmək istəyənlər bilsinlər: Bizim Silahımız və Qüdrət Rəmzimiz İman və İradəmizdir

9:37 - January 04, 2013
Xəbər sayı: 2474953
Beynəlxalq qrup: Livan Hizbullah Hərəkatının Baş Katibi Seyid Həsən Nəsrullah İmam Hüseyn zəvvarlarının Kərbəlaya tərəf piyada hərəkətinə işaraə edərək dedi: Amerikanın regionda yaratdığı Təfkiri qrupların intihar və terror hücumları zairlərin Kərbəlaya piyada hərəkətinin qarşısını ala bilməyəcək!
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Əl-Mənar" saytına istinadən verdiyi xəbərə görə Livan Hizbullah Hərəkatının Baş Katibi Seyid Həsən Nəsrullah cümə axşamı günü yanvar ayının 3-də Livanın Bəəlbək şəhərində yayımlanan videokonfransında dedi:
İmam Hüseyn (ə) zairləri bir halda Kərbəlaya tərəf piyada hərəkətetməkdədirlər ki, hər an terrorist hücumları ilə üzləşə bilərlər.
O, əlavə etdi: Amerikanın regionda yaratdığı Təfkiri qrupların intihar və terror hücumları İraq və müxtəlif ölkələrdən (İran, Pakistan, Livan) olan zairlərin Kərbəlaya piyada hərəkətinin qarşısını indiyədək ala bilməyib və bilməyəcək!
İnsanların Kərbəla ziyarətində milyonluq iştirakı göstərir ki, kim Kərbəla meydanından qalib çıxmışdır!
O, əlavə etdi: İsrail və Amerika bizi dünyada mühasirə etməyə çalışırlar. Bizi Avropada terrorist təşkilatların siyahısına salmaq istəyirlər ki, bizim Latın Amerikasında fəaliyyətimizə mane olsunlar. Bəzi Ərəb dövlətləri də Müqaviməti şeytani bir qüvvə tanıtdırmaq istəyirlər. Çünki Müqavimət İsraili məğlub edərək ərəb şahlarını onların yanında xəcalətli etmiş və başağrıya salmışdır.
O, əlavə etdi: Biz təkidlə deyirik ki, bütün bu hiylələr boşa çıxacaqdır. Bəzi tədqiqlər də göstərir ki, onlar Suriya böhranından istifadə edib Müqaviməti trək-silah etmək istəyirlər. Sual veririk: 1985-ci, 2000-ci və 2006-cı illərdə məgər Müqavimətin nə qədər hərbi təchizat, silah və sursatı var idi? Amma biz İsraili onda da məğlub etmişdik!
Bütün dost və düşmənlərin nəzərinə çatdırırıq: Bizim Silahımız və Qüdrət Rəmzimiz İman və İradəmizdir! Müqavimət üçün nigəran olmasınlar ki, onun qüdrət və güc sərçeşməsi bir ayrı yerdəndir!
Livan Hizbullah Hərəkatının Baş Katibi Seyid Həsən Nəsrullah çıxışının davamında ərəb və qeyri-ərəb ölkələrində gedən regionun bölünməsi layihəsini pislədi, qələbənin müsəlmanların vəhdətində və ölkələrin bütövlüyündə olduğunu deyərək Livanlıları dini və milli vəhdətə və daxili çəkişmələrdən uzaq olmağa çağırdı.
O, əlavə etdi: Suriya, Fələstin və başqa ölkələrdən gələn Livanlı sığınacaq axtaranlarla siyasi deyil insani davranmalıyıq. Bizim iqtisadi vəziyyətimiz çətin olsa da mən ailələrdən istəyirəm ki, evlərində və ya ümumi məkanlarda bu qaçqınlara yer verək və bu əxlaqi məsələdə bir-birimizlə həmkarlıq edək. Qaçqınlığın dərmanı qonşu ölkələrdə və Suriyada sabitliyin yaranmasıdır. Əgər Suriyada böhran davam edərsə bunun sonu çox böyük bir qanlı müharibə ilə qurtara bilər.
O, sonra Suriya böhranının siyasi həllinə, Suriyada oğrulanan Livanlıların məsələsinə, oğurlanaların ailəsinin bu işə şəxsi müdaxilə etmələrinə və başqa mövcud problemlərə toxundu.
1165807
captcha