IQNA

Fələstin adı Beyəlxalq rəsmi sənəd və müqavilələrdə " respublika və ölkə" ünvanı ilə qeyd olunacaqdır

14:05 - January 07, 2013
Xəbər sayı: 2476675
Beynəlxalq qrup: Fələstin rəsmiləri bundan sonar Fələstin adının Beyəlxalq rəsmi sənəd və müqavilələrdə "ölkə" ünvanı ilə qeyd olunması haqqında əmr veriblər.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "lepoint" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə dünən 6 yanvar 2013-cü il tarixində Fələstin rəsmiləri bundan sonar Fələstin adının adi və ədəbi mətnlərdə, Beyəlxalq rəsmi sənəd və müqavilələrdə "Fələstin hökuməti" sözü əvəzinə "Fələstin respublikası (ölkəsi)" ünvanı ilə qeyd olunması haqqında əmr veriblər.
Bu əmrə səsasən Fələstin Xarici İşlər Nazirliyi və Səfirlikləri bundan sonrakı yazışmalarında "Fələstin Hökuməti" yerinə "Fələstin respublikası" sözündən istifadə etməlidirlər.
Bundan rəsmi mətnlər, beynəlxalq saziş sənədləri, vəsiqə və pasportlar və bu kimi sənədlərdə də bu sözlə möhürlənəcəkdir.
Bu qanun Fələstinin 2012-ci ilin payızında BMT-də qeyri-üzv nəzarətçi kimi tanınmasından sonra qərara alınmışdır.
Fələstinlilər ümid edirlər ki, bu üzvlük onların vəziyyətinin yaxşılaşmasına və İsrail rejimi qarşısında qələbələrinə kömək olacaqdır.

1167469
captcha