İQNA-nın (İran Quran Xəbər Agentliyi) Əl-Aləm kanalının rəsmi saytına istinadən verdiyi xəbərə görə Suriyalı qadınlar Həzrət Zeynəbin (ə) pak ziyarətgahında etiraz toplantısı keçirərək şüarlar səsləndirmiş, bu ölkədə qadın və uşaqların silahlı quldurlar və qruplaşmalar tərəfindən oğurlanmasını kəskin şəkildə məhkum etmişlər.
Həmçinin aksiyaçı qadınlar Kəfərya və Əl-Fəvə məntəqələrində oğurlanmış qadın və usaqların tez bir zamanda azadlıqa buraxılmasını tələb ediblər.
Aksiyaçılar bəzi ölkələri Suriyanın daxili işlərinə qarışmaqda suçlandırmış və BMT-nin bunun qarşısında durmasını isə məhkum etmişlər.
1190683