IQNA

Ali İslam Şurası (Milli Məclis) İran İslam Respublikasında çap edilən Quranların müsəlman ölkələrində yayılmasını himayə etməyə hazırdır

7:23 - March 05, 2013
Xəbər sayı: 2506180
Ədəbiyyat qrupu: Dr. Əli Laricani - İran İslam Respublikasın Ali İslam Şurasının (Milli Məclis) sədri, İran İslam Respublikasında "Quran Çapı və Nəşri" mərkəzinin tərəfindən çap edilən Quranların müsəlman ölkələrində yayılmasını himayə etməyə müsbət fikir bildirərək dedi: Əgər bu məsələ aidiyyatı üzrə məsul qrumlar tərəfindən Ali İslam Şurasının gündəliyinə gətirilərsə biz bunu himayə edəcəyik.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Dr. Əli Laricani - İran İslam Respublikasın Ali İslam Şurasının (Milli Məclis) sədri, İQNA ilə xüsusi müsahibəsində İran İslam Respublikasında çap edilən Quranların da Ərəbistan və Livan çapları kimi, müsəlman ölkələrində yayılmasını himayə etmək barədə müsbət fikirdə olduğunu bildirib.
İslam Ali Şurasının sədri deyib: Əgər bu məsələ aidiyyatı üzrə məsul qrumlar tərəfindən Ali İslam Şurasının gündəliyinə gətirilərsə biz bunu himayə edəcəyik.
Bu mövzunun nümayəndələr tərəfindən məclisdə müzakirə qoyulması üçün onların bunu tələb etməsinə lüzum yoxdur. Kifayətdir ki, aidiyyatı üzrə məsul qrumlar bunun müzakirəsini məclisdən tələb etsinlər.
Bu təklifi isə Vəqflər Nazirliyi ya da İslami Mədəniyyət və İrşad nazirliyi məclisdə irəli sürməlidir və məclis bu zaman layihəni himayə edəcəkdir.
Qeyd edək ki, İran İslam Respublikasında çap edilən Quranlar başqa müsəlman ölkələrində Quranların eyniləşdirilməsi hədəfi ilə yayılması İran İslami Mədəniyyət və İrşad nazirliyi tərəfindən müzakirə halındadır.
1198331
captcha