IQNA

"Əl-Kafi" 20 il müddətində yazıldı / Küleyni 69 nəfər hədis ustadından rəvayət edib

7:16 - May 08, 2013
Xəbər sayı: 2530068
Təfəkkür qrupu: Mərhum Siqətul-İslam Məhəmməd bin Yəqub Küleyni Razi (250 -329 hq) iyirmi il tam olaraq Əl-Kafi kitabını yazmışdır. O, bu müddətdə Əl-Kafinin səkkiz cildini fiqhi mövzular əsasında tənzim etmiş və bölmələrə ayırmış və müxtəlif "üsul"larda (üsul- imamların səhabələrinin əlyazmaları) olan hədisləri saflaşdırma bir yerə toplamışdır.
İQNA: Höccətül-İslam vəl Müslimin Rza Həqpənah – Rəzəvi İslam Elmləri Universitetinin Elmi heyətinin üzvi, İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) müxbiri ilə müsahibəsində Cənab Siqətul-İslam Məhəmməd bin Yəqub Küleyni Razinin Əl-Kafi əsərinin necə yazılması, tənzimlənməsi və hədislərin hansı üsulla bir yerə toplanmasından danışdı.
Mərhum Siqətul-İslam Məhəmməd bin Yəqub Küleyni Razi, indiki Tehranın ətrafında yerləşən Rey şəhərinin Külyen kəndində anadan olmuşdur. O, ilk təhsilini atasından almış və sonradan Qum şəhərinə gələrək burada böyük hədis ustadlarından hədis öyrənmişdir.
Mərhum Siqətul-İslam Məhəmməd bin Yəqub Küleyni Razi Qumda Hədis və Hədis elmlərini öyrənərk şiənin ən mühüm hədis irsi sayılan "Əl-Kafi" əsərini yazdı. O, "Əl-Kafi"ni yazdıqdan sonra Bağdada gedir bə orada bi kitabı hədis öyrənmək və eşitmək istəyənlərə tədris edir. Onun bu tədrisi İmam Mehdinin (ə.c) kiçik qeybət və xas naiblərin yaşadığı dövrə təsadüf edir.
Mərhum Siqətul-İslam Məhəmməd bin Yəqub Küleyni Razi böyük "Əl-Kafi" əsərini 20 il vaxt sərf edərək "Üsul – Füru – Rövzə" kimi üç böyük hissəyə ayıraraq səkkiz cilddə yazmışdır. Bu kitabda 16 mindən yuxarı hədis toplanmışdır.
O, bu kitabı yazmaq üçün ən azı 69 nəfər böyük hədis ustadlarından hədis öyrənmişdir. Təkcə Əli bin İbrahim bin Haşimdən ki, İmam Hadi Əli Ən-Nəqi və İmam Həsən Əsgərinin (ə) səhabəsi olmuşdur 5626 hədis rəvayət etmişdir.
Onun ikinci əsas ustadı Məhəmməd bin Yəhya Əl-Əttar Qumi olmuşdur ki, bu şəxsdən də 4835 hədis rəvayət etmişdir.
Onun digər tanınmış hədis ustadlarından Əli bin Məhəmməd Əlan Küleyni, Əhməd bin Məhəmməd bin İsa, Əhməd bin Məhəmməd bin Xalid və Səhl bin Ziyada işarə etmək olar ki, bunlardan da ümumilikdə 4047 hədis rəvayət etmişdir.
O, Qumun tanınmış mühəddislərindən olan Əbu Əli Əşəri Əhməd bin İdris Qumidən 862 hədis, Məhəmməd bin İsmail Bəndəqidən 575 hədis, Hüseyn bin Məhəmməd bin Amirdən 838 hədis və Əli bin Məhəmməd Əlan Küleynidən 503 hədis rəvayət etmidşir.
Beləliklə Mərhum Siqətul-İslam Məhəmməd bin Yəqub Küleyni Razi (250 -329 hq) iyirmi il tam olaraq "Əl-Kafi" kitabını yazmışdır. O, bu müddətdə Əl-Kafinin səkkiz cildini fiqhi mövzular əsasında tənzim etmiş və bölmələrə ayırmış və müxtəlif "üsul"larda (üsul- imamların səhabələrinin əlyazmaları) olan hədisləri saflaşdırma bir yerə toplamışdır. Sonra Bağdada gedərək kitabını hədisçilərə tədris etmişdir.
1224027
captcha