IQNA

İİR-ın Beynəlxalq Quran Yarışlarının 30-cu turu/1

İran İslam Respublikasının Beynəlxalq Quran Müsabiqələrinin 30-cu turunun açılış mərasimi keçiriləcək

19:41 - May 30, 2013
Xəbər sayı: 2541138
Quran üzrə fəaliyyətlər qrupu: İran İslam Respublikasının Beynəlxalq Quran Müsabiqələrinin 30-cu turunun açılış mərasimi sabah cümə günü may ayının 31-də Ali Dini Lider Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin səlahiyyətli nümayəndəsi Höccətul-İslam vəl-müslimin Məhəmmədi Gülpayganinin və bəzi dövlət rəsmilərinin iştirakı ilə Tehranda İslami Ölkə Başçılarının İclas zalında keçiriləcəkdir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə İran İslam Respublikasının Beynəlxalq Quran Müsabiqələrinin 30-cu turunun açılış mərasimi sabah cümə günü may ayının 31-də günortadan sonra saat 5:00-dan 7:00-dək Ali Dini Lider Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin səlahiyyətli nümayəndəsi Höccətul-İslam vəl-müslimin Məhəmmədi Gülpayganinin və bəzi dövlət rəsmilərinin iştirakı ilə Tehranda İslami Ölkə Başçılarının İclas zalında keçiriləcəkdir.
Xəbərə əsasən bu açılış mərasimində Ali Dini Lider Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin səlahiyyətli nümayəndəsi və dəftərxanasının rəisi Höccətul-İslam vəl-müslimin Məhəmmədi Gülpaygani, Vəqf və Xeyriyyə İşlər Naziri, bəzi dövlət rəsmiləri və müxtəlif dini qrum və təşkilat rəsiləri və 75 ölkədən yarışa gəlmiş Quran hafizləri və Quran qiraətçilərinin iştirakı ilə keçiriləcəkdir.
Quran yarışlarının 30-cu turu həftənin şənbə günü iyun ayının birinci günündən etibarən başlayacaq və iyunun ayının 6-da cümə günü sona çatacaqdır. Yarışlar Quranın hifzi və qiraəti üzrə üç mərhələdə keçirilcədəkdir.
1235632
captcha