IQNA

19:37 - June 22, 2013
Xəbər sayı: 2550720
Beynəlxalq qrup: BMT-in Uşaqların Hüquqlarının Müdafiə Komitəsi İsrail rejiminin cinayətləri barədə verdiyi yeni hesabatında bu rejimin fələstinli uşaqlara qarşı kobudluğunu pisləyərək elan edib: İsrail rejimi fələstinli uşaqıarı işkəncə edir və bundan əlavə bu rejimin silahlı qüvvələri fələstinli uşaqlardan döyüş əməliyyatları zamanı "canlı qalxan" kimi istifadə edirlər.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "reuters" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə BMT-in Uşaqların Hüquqlarının Müdafiə Komitəsi İsrail rejiminin cinayətləri barədə yeni hesabat verib.
Hesabatda deyilir:
"İsrail rejimi Qərb Sahillərində və Qəzzədə anadan olmuş uşaqlara doğum haqqında şəhadətnamə verməyə icazə vermir. Bu uşaqlar tibbi və sanitar xidmətlərdən, təhsildən, təmiz sudan və düzgün qidalanmadan məhrumdurlar.
İsrail rejimi həbs etdukləri uşaqları ibri dilində istintaq edirlər. Bu uşaqlar isə ibri dilini bilmədikləri üçün işkəncələrə məruz qalırlar. Onlara azad olacaqları bəhanəsi ilə ibri dilində yazılmış etirafnamələrə imza atdırırlar.
Fələstinli uşaqların çoxu daş atdığı üçün həbs olunublar. İsrail rejimi bu uşaqlara daş atdıqları üçün 20 il həbs cəzası veriblər.
İsrail rejimi həbs etdiyi fələstinli uşaqlar barəsində BMT-yə hələ heç bir dəqiq məlumat verməyib.
Son on il ərzində 9 və 12 yaş arasında 7 min fələstinli uşaq İsrail rejimi tərəfindən həbs olunmuşdur. Onlar aylarla məhkəməsiz istintaq olunur, fərdi kameralarda saxlanılır, məhkəmələrə zəncirlərə başlanmış halda gətirilirlər.
Son iki ildə bu uşaqlardan döyüş əməliyyatlarında casus və canlı qalxan kimi istifadə olunması barədə ən azı 14 dəfə məlumat verilib.
İsrail döyüşçüləri təhlükəli binalra giriş üçün fələstinli uşarları canlı qalxan kimi qabağa verirlər və ya onları döyüş maşınlarının qabağında atılan daşlardan qorunmaq üçün oturdurlar.
İsrail əsgərləri partlayıcı qurğu ola biləcəyi barədə şübhələndikləri çantaları axtarmaq və yoxlamaq üçün də fələstinli uşaqlardan istifadə edirlər".
BMT-in Uşaqların Hüquqlarının Müdafiə Komitəsi, İsrail rejiminin Fələstin torpaqlarının qeyri-qanuni və uzun müddətli işğalını uşaqların hüquqlarının kobudcasına pozulması kimi qiymətləndirib.

1246252
Ad:
E-poçt:
* Comment:
* captcha: