İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Misir çapı olan "əlyəmus-sabe" (yeddinci gün) qəzetinə istinadən verdiyi xəbərə görə Misirin hər il Ramazan ayında prezidentin və nazirlərin iştirakı ilə keçirilən Beynəlxalq Quran yarışları bu il Mursinin tərəfdarları ilə müxalifləri arasındakı daxili qarşıdurmalara və ölkədə yaranan qeyri-sabit şəraitə görə ləğv edildi.
Qeyd edək ki, hər il Ramazan ayında keçirilən bu yarışlarda 75 ölkədən nümayəndələr iştirak edirdi. Bu il isə 70 dəvət olunan ölkədən yalnız 25 ölkə dəvəti qəbul etmişdi ki, bunların da çoxunu Afrika ölkələri təşkil edirdi.
1257363