İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ayətullah Müvəhhidi Kermani – Tehranın Cümə xətibi və İnqilab Rəhbərini Seçmə Məclisinin vitse-spikeri, bu gün, 11 Sentyabr, Cümə namazının xütbələrində Ayətullah Taliqani və Ayətullah Şəhid Mədəninin xatirələrini əziz tutaraq dedi: Ayətullah Taliqani mübariz, çalışqan, mücahid, fəal və qorxmaz bir alim idi ki, zindana düşmək, təqib olunmaq və digər problemlər onun ruhiyyəsində zərrə qədər dəyişiklik edə bilmədi.
O, əlavə etdi: Ayətullah Şəhid Mədəni də əxlaqlı, təqvalı, zahid, mücahid, mübariz və İmam Xomeyni (r.ə) aşiqi olan bir alim idi.
Ayətullah Müvəhhidi Kermani – Tehranın Cümə xətibi və İnqilab Rəhbərini Seçmə Məclisinin vitse-spikeri, qarşıdan gələn "sevgililər günü", yəni İmam Əli (ə) və Həzrət Zəhranın (s) ailə qurduğu günə işarə edərək dedi: Ailə qurmaq haqqında çoxlu hədislər var, çalışın imanlı, təqvalı, ədəbli, haqqa riayət edən, inqilabi, vilayətçi bir xanımla ailə həyatı qurun. Peyğəmbər (s) buyurmuşdur ki, ailə qurmayan hər kəs məndən deyil!
O, əlavə etdi: Bəziləri maddiyyatı əsas qərar verdiyi üçün bu gün boşanmaların sayı həddindən çoxdur.
Ayətullah Müvəhhidi Kermani – Tehranın Cümə xətibi və İnqilab Rəhbərini Seçmə Məclisinin vitse-spikeri, xütbələrində Ərəbistan hakimlərinin Yəmənə hücumlarına işarə edərək dedi: Səud sülaləsindən olan hakimlərə tövsiyə edirəm ki, bir az da Quran oxusunlar!
Tehranın Cümə xətibi dedi: ABŞ iddia edir ki, İŞİD-lə döyüşür, amma əslində isə İŞİD-i məhv etmək fikrində deyil, bəlkə kontrolda saxlamaq istəyir.
Yəmən mövzusuna da toxunan imam cümə bu barədə belə deyib: “Bütün müsəlmanların qəlbi Yəmən xalqına qarşı törənən cinayətlərə görə yara alıb. Bu yara hələ sağalmayıb və daha da pisləşməyə doğru gedir. Səudiyyə rejimi zəvvarlara Quran oxumalarını tövsiyə edir. Mən də bu tribunadan onlara Quran oxumalarını tövsiyyə edirəm. Bu günlərdə İraq və Suriya vətəndaşlarının evlərindən didərgin düşmələrini görürük. İnsan haqqlarını müdafiə etdiklərini bildirənlər və müsəlmanam deyənlər hardadırlar? Üzləri qaradır. ABŞ koalisiya vasitəsi ilə İŞİD-i aradan aparmaq istədiyini bildirir, amma yalandır. Amerika İŞİD-dən istədiyi yerdə istifadə edir. ABŞ İŞİD-in aradan getməsini yox, idarə olunmasını istəyir. Digər tərəfdən Netanyahunun İngiltərə səfərini yəqin ki, gördünüz. O ölkənin azadlıq tələb edən xalqının “cinayətkar muhakimə olunmalıdır” şuarları ilə qarşılandı. Netenyahunun muhakiməsi üçün 103 min imza toplanıb.”
Müvəhhidi Kermani İranın gündəmdə olan nüvə məsələlərinə toxunaraq belə deyib: “Müzakirə heyəti ehtiyatlı və diqqətli olsalar, təqvaya əməl etsələr, lazımı qədər düşünsələr əmin olsunlar ki, Allahın xüsusi qeybi yardımına nail olacaqlar. Əgər yüksək məqamlara yetişmək, dəyərli şeyləri əldə etmək, ölkəni ABŞ-ın boğazından azad etmək, izzətinizin artmasını və adınızın ABŞ-ı lərzəyə gətirməsini istəyirsinizsə, bunun yeganə yolu Allaha və vədlərinə iman bəsləməkdir. Rəhbərimizin düşmən müqabilində bu cür durması onun imanının güclü olması ilə bağlıdır. Bu iman vasitəsi ilə insan uğur və qələbə qazana bilər. Hazırda məclis razılığı yoxlayır. ABŞ-ı yaxşı tanımalıyıq. Bu gün razılığa gələn ABŞ, dünənki cinayətkar ölkədir. Amerikanın islamla düşmənçiliyi, islamın düşmənlərini dəstəkləməsi buna bariz nümunədir. Müzakirə tam bitməmiş ziddiyyətli fikirlər bildirirlər. Amerika bilməlidir ki, İslam Respublikasının Hüseyn şuarı vardır və daim “zillət bizdən uzaqdır” sədası gələcəkdir. Biz sionist rejiminin uzaq olmayan gələcəkdə aradan getməsini görəcəyik. ABŞ bu yolla ölkəmizə nüfuz etmək istəyir. Onların yalan gülüşlərindən təsirlənməyin. Onlar bizimlə düşmənçilik etsələr də, ölkəmizin Ali Dini Lideri bu barədə olan bütün qapıları bağlayıb. ABŞ bizimlə olan əlaqələrinin hətta adiləşməsini belə istəmir. Hətta İsrail rejiminin İran tərəfindən rəsmi olaraq tanınmasını istəyir. Onlar mədəni formada fəsad, əxlaqsızlıq və digər mənfi xüsusiyyətləri təbliğ etməkdədir. Onlar İranı ikinci Əndəlus etmək fikrindədirlər. ABŞ bilməldir ki, İran şahın dövründə olan İran deyildir. ABŞ bu gün həm öz, həm də dünya xalqlarının dəstəyini qazanan bir ölkə ilə qarşı-qarşıyadır. ABŞ insanların qəzəblərini aradan aparmaq üçün İran xalqına və islamın həqiqi mədəniyyətinə hörmət etməlidir.”