IQNA

"Heydər" məscidində ilk dəfə olaraq camaat namazı qılındı

10:25 - December 13, 2015
Xəbər sayı: 3462445
Tehran(IQNA) - Bu gün Bakıdakı "Heydər" Məscidində prezident Heydər Əliyevin vəfatının növbəti ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

IQNA, İnterAz-a istinadən məlumatına görə, mərasim zamanı Heydər məscidində ilk dəfə olaraq camaat namazı qılınıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Heydər məscidində ilk dəfə xütbə oxuyub. Şeyxülislam bütün şəhidlərə Allahdan rəhmət diləyib. O bildirib ki, bundan sonra tanınmış dindarlar Heydər məscidində xütbə oxuyacaqlar.

A. Paşazadə qeyd edib ki, Yaxın Şərq regionunda Heydər Məscidi qədər əzəmətli məscid yoxdur. Daha sonra şeyxülislam Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb: Biz Heydər Əliyevlə Məkkədə olarkən mənə dedi ki, hər zaman buranı ziyarət etmək arzusunda olub.

captcha