IQNA

Amerika kilsəsində "Quranın nüzulu" elmi toplantı keçiriləcək

9:07 - January 12, 2016
Xəbər sayı: 3480052
Tehran, 12 Yanvar 2016 - Filip Şermen (Merivel dinlər kollecinin dosenti) ABŞ-ın Tensi əyaləti kilsəsində İslam təlimi kursları keçəcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "knoxnews" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Filip Şermen (Merivel dinlər kollecinin dosenti) ABŞ-ın Tensi əyaləti kilsəsində cari ilin Yanvar ayının 10-dan başlayaraq Fevral ayının 8-dək İslam təlimi kursları keçəcəkdir.

Bu təlim kursları 5 həftə müddətində və hər həftənin birinci günləri ABŞ-ın Tensi əyalətinin Okric (Oak Ridge) şəhərinin Protestant kilsəsində keçiriləcəkdir.

Bu kurslarda "Quranın nazil olması", "İslamın dünyaya gəldiyi yer və Həzrət Məhəmmədin (s) həyatı", "şiə və sünni", "dinə əməl etmək üçün 5 əsas üsul" və "qərb və İslamın üzləşməsi" kimi mövzularda təlimlər olacaqdır.

Şarun Yangez (Okric kilsəsinin keşişi) bu barədə deyib: Bu kurslar müsəlman bacı və qardaşlarımızın əqidəsinə hörmətlə yanaşmaq zimnində həqiqət və əfsanələri bir-birindən ayırmaq üçün gözəl fürsətdir. Bu kurslarda çalışılacaq ki, dünyanın cəmiyyətinin 23%-ni təşkil edən 1 milyard və 6 yüz milyon müsəlmanlar və dünyanın ikinci böyük və daima sürətlə inkişafda olan dini sayılan İslam dini haqqında məlumatlar verilsin.

Filip Şermen (Merivel dinlər kollecinin dosenti) deyib: Mən həmişə istəyirdim ki, İslam barədə insanlarla söhbət edim. Bu gün bizim ölkəmizdə çətin bir şərait yaranmışdır. İslam əleyhinə fəza yaranmışdır ki, bu da bu din haqqında insanlarda məlumatın az olmasında irəli gəlir.

Qeyd edək ki, bir ay müddətində keçiriləcək kurslarda iştirak pulsuz olacaqdır.

http://iqna.ir/fa/news/3465861

captcha