IQNA

Bəhreyn xalqı 14 fevral inqilabının il dönümü ərəfəsində aksiya keçirib

9:31 - February 06, 2016
Xəbər sayı: 3480136
Tehran, 06.02.2016 – Bəhreyn xalqı 14 fevral inqilabı ərəfəsində Ali-Xəlifə rejiminə qarşı aksiya keçirib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.az-a istinadla xəbər verir ki, Manama Post-un məlumatına görə, cümə axşamı günü axşam Ali şəhərində keçirilən bu aksiyanın iştirakçıları əllərində üzərlərində "Bəhreynli inqilabçıların qatilləri!" şüarı yazılmış plakatlar daşıyıb.

Bəhreyn xalqı bu aksiyada 14 fevral Bəhreyn inqilabının beşinci ildönümünü keçirməyə hazır olduğunu vurğulayıb.

Həmçinin onlarla bəhreynli müxtəlif şəhərlərdə, o cümlədən Kan və Buri şəhərlərində aksiya keçirərək, ümum tətil aksiyasıda iştiraka öz hazırlığını bildirib.

Bəhreyndə inqiabçı qruplar bu ölkənin xalq inqilabının ildönümü gününü qeyd etmək məqsədilə xalqı ümum tətil aksiyasında iştirak etməyə çağırıb.

Bəhreyn xalqı 2011-ci ilin 14 fevralından bəri Ali-Xəlifə rejiminin siyasətlərinə etiraz edərək, bu ölkədə azadlıq, ədalət, ayrı-seçkiliyin aradan götürülməsini istəyir.

captcha