IQNA

Əl-Əqsada qılınan cümə namazında on minlərlə fələstinli iştirak edib

9:31 - February 13, 2016
Xəbər sayı: 3480177
Tehran, 13.02.2016 – Sionist İsrail rejiminin güclü təhlükəsizlik tədbirlərinə baxmayaraq ötən gün əl-Əqsa məscidində qılınan cümə namazında on minlərlə fələstinli iştirak edib.

Beynəlxalq Quran Xəbər Agentliyi(IQNA) Maide.az-a istinadla xəbər verir ki, Fələstin xəbər agentliyinin verdiyi məlumata görə, 60 mindən çox fələstinli ötən gün əl-Əqsa məscidində qılınan cümə namazında iştirak edib.

 Bir neçə gündür  İsrail hərbçiləri əl-Əqsa məscidini tam olaraq mühasirəyə alaraq, təhlükəsizlik tədbirlərini gücləndiriblər.

 Digər tərəfdən, yüzlərlə fələstinli fəal İsrail zindanlarında əsir olan fələstinli jurnalist Məhəmməd əl-Qiq ilə həmrəylik məqsədi ilə, əl-Əqsa məscidində aksiya keçirib.

 Bu fələstinli əsir 80 gündür ki, həbs edilməsinə etiraz olaraq, aclıq aksiyasına başlayıb. Jurnalistin vəziyyəti ağır elan edilib.  

 

captcha