IQNA - Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqləri Forumu və Zeynəb (s.ə) Qadınlar Birliyinin təşkilatçılığı ilə Ali Muhəmmədin (s) Qaimi bəşərin xilaskarı Həzrəti Məhdi (ə.f) təvəllüd günü münasibətilə möhtəşəm tədbir keçirilib.
Tədbirdə ilk öncə Quran tilavət olundu. Sonra məclisdə Əhli-Beytin (ə) şəninə şer və ilahilər səsləndirilib. Tədbirdə İran İslam Respublikasindan təşrif gətirən Höccətul İslam vəl-muslimin doktor Hairi zühur zamanında insanların ədalətlə yaşamasından danışdı.
Dəyərli alimin
çıxışından sonra Soğanlıq kəndində yerləşən Əhli-Beyt (ə) adına olan məscidin
tələbəsi İsmayil Kərimov İmam Zaman (ə.f) şəninə surud oxudu və eyni zamanda
İslammedia.tv internet kanalının hazırladığı "Əsirin xilaskarı" adlı
uşaqlardan ibarət video çarx nümayiş edildi.
Məclisin davamında Qum elmiyyə hövzəsinin hörmətli ustadlarından olan Məhəmməd
Baqir Sayvəri İmam Mehdinin (ə.c) yolunu gözləyənlərin əsas vəzifələri nədir?
mövzusunda çıxış etdi.
Maide.az