IQNA

İraqın baş naziri Səudiyyəyə bağlı telekanalların Fəllucə yalanlarını təkzib etdi

11:08 - June 02, 2016
Xəbər sayı: 3480518
Tehran, 02.06.2016 – İraqın baş naziri Heydər əl-İbadi Səudiyyəyə bağlı telekanalların Fəllucə ilə bağlı yaydıqları dezinformasiyaları təkzib etdi.
İraqın baş naziri Səudiyyəyə bağlı telekanalların Fəllucə yalanlarını təkzib etdi

IQNA - İraqın baş naziri Heydər əl-İbadi Fəllucə əməliyyatlarının dayandırılması xəbərini təkzib edib.

Baş nazir, yaxın günlərdə ölkə bayrağının bu şəhərdə sancılanacağına söz verib. İbadi, həmçinin "Həşdəş-şəbi” tərəfindən xalqa müxtəlif ziyanların dəyməsi xəbərini həqiqətə uyğun olmadığını bildirərək deyib: "İraq qüvvələri Fəllucə əhalisi və sivil xalq kütlələrinə qarşı çox ehtiyatlıdırlar və heç bir halda onlara hücum etmirlər.”

Qeyd edək ki, Səudiyyənin təsirində olan "Əl Ərəbiyyə” və "Əl Cəzirə” telekanalları İraq ordusunun anti-terror əməliyyatlarına kölgə salmaq üçün hər bir dezinformasiyadan istifadə edirlər.

İslamazeri

Teqlər: İraq ، baş nazir ، səudiyyə
captcha