IQNA

Ramazan ayında müsəlmanların dini fəaliyyətlərinə heç bir müdaxilə edilməyəcək

10:59 - June 07, 2016
Xəbər sayı: 3480532
Tehran, 07.06.2016 – Çin hökuməti ölkənin Sintszyan-Uyğur muxtar vilayətində müsəlmanlara qarşı heç bir ayrıseçkiliyin edilmədiyini bildirib.

Ramazan ayında müsəlmanların dini fəaliyyətlərinə heç bir müdaxilə edilməyəcək


İQNA - Hökumətdən verilən bəyənatda, mübarək Ramazan ayında müsəlmanların dini fəaliyyətlərinə və işlərinə müdaxilə edilməyəcəyi qeyd olunub.

Bəyənatda, həmçinin mübarək Ramazan ayı ərzində müsəlman müştərilərinə halal qida təqdim edən halal restoranların bağlı və ya açıq saxlanılmasına restoran sahiblərinin qərar verəcəyi vurğulanıb. Dövlətin buna heç bir halda müdaxilə etməyəcəyi bildirilib.

Bəyənatda aşağıdakılar qeyd olunub: "Heç bir vətəndaşımız müəyyən bir dinə inamı və ya iman səbəbilə ayrıseçkiliyə məruz qalmayacaq. Çin dövləti xalqının bütün dini hissi və ehtiyaclarına hörmət edir".

captcha