IQNA

Atatürk Hava Limanında İŞİD üzvü olmaqda şübhəli bilinən iki nəfər saxlanıldı

12:12 - July 04, 2016
Xəbər sayı: 3480587
Tehran, 04.07.2016 - İstanbulda Atatürk Hava Limanında İŞİD üzvü olamqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Atatürk Hava Limanında İŞİD üzvü olmaqda şübhəli bilinən iki nəfər saxlanıldı


IQNA - Bazar günü axşam saatlarında iki nəfərİstanbulda Atatürk Hava Limanında saxlanılıb.

İŞİD üzvü olmaqda şübhəli bilinən şəxslərin Ukraynadan gəldiyi önə çəkilir.

Axtarış zamanı onlardan 3 həbi forma, 4 snayper durbini, başqalarına aid 2 pasport, 3 Qırğızıstan şəxsiyət vəsiqəsi, 5 doğum şəhadətnaməsi və tutulan şəxslərə aid Ukrayna və Qırğzıstan pasportu aşkar edilib.

Məlumata görə, adları açıqlanmayan (ancaq soyad və adlarının baş adları qeyd olunub) şübhəlilərin birinin 25(K.V) , digərinin isə 35 (F.M.İ) yaşı var.

Tibbi yoxlanışdan sonra şübhəlilərin İstanbul Baş Oolis İdarəsinin Terrorla Mübarizə idarəsinə aparıldıqları önə çəkilir.

İslamazeri

captcha