İQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çində müsəlmanların işlərini izləyən ictimai aktivistlərin paylaşdığı xəbərlərə görə, Çin dövləti rəsmiləri Şərqi Türküstanda müsəlmanların dini və ibadi ayinlərinin icrasına dəxalət edir.
"Türküstan Times" xəbər və informasiya portalının yaydığı məlumatda deyilir ki, Çin hökuməti "namazların standardlaşdırılması" adlı qanun qərar alaraq Şərqi Türküstanda müsəlmanların dini və ibadi ayinlərinin icrasının necəliyinə də dəxalət edir.
Çin dövlətinin çıxardığı bu qanuna əsasən müsəlmanların icazəsi yoxdur ki, hansı surədə hansı ayəni və surəni istəsələr oxusunlar. Onlar namazlarında təkcə "Həmd", "İnşirah", "Tin", Qədr", "Zilzal", "Qüreyş", "Maun", "Nəsr" və "Fələq" surələrini məscidlərdə camaat namazlarında oxuya bilərlər.
Bu qanuna əsasən müsəlmanlar Cümə namazlarının xütbələrində də istədikləri mövzularda deyil, təkcə ilin əvvəlində dövlət tərəfindən elan edilmiş beş mövzu ərtafında söhbət edə bilərlər. Həmçinin Cümə namazı xütbələri təkcə Ərəb dilinə oxunmalıdır.
Çin dövləti bununla kifayət eməyərək məscidlərdə azançılara azanın əvvəl və axırında dövləti və dövlət başçısını tərifləməyi və dua etməyi də əmr edib.
Dövlət müsəlmanları namazın dualarında hökuməti və hökumət başçısını dua və dövlətdən təşəkkür etməyə məcbur edir.
Türküstan səhifəsinin yaydığı məlumatda qeyd edilir ki, Çin dövləti məscidlərə işə götürülən imamlara and içdirir ki, Çini sevirlər və kominist qanunlarına sadiq qalacaqlar və həmçinin dövlətin qorunması uğurunda komunizmə zidd olan dini təlimlərin açıqlanmasından vaz keçəcəklər.
http://iqna.ir/fa/news/3598591