IQNA

QMİ-nin rəisi:
8:45 - August 08, 2017
Xəbər sayı: 3481947
Şeyxul-İslam Allahşükür Paşazadə - QMİ-nin rəisi, Azərbaycan ziyarətgahları barədə hesabat hazırlanması, ziyarətgahlar və tarixi məkanların şəkillərin çəkilməsi üçün İrandan kömək istədi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, cari həftənin birinci günü, 7 Avqust 2017-ci il, İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət Təşkilatının keçirdiyi "İslami Həmrəylik" konfransı çərçivəsində həmin təşkilatın rəisi Əbuzər İbrahimi Türkəmən və Qafqaz Müsəlmanları İdarəsinin şeyxi Allahşükür Paşazadə və onu müşayət edən heyət arasında görüş baş tutub.

Görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin qədim tarixindən, hazırda bu əlaqələrin genişləndirilməsindən və bu istiqamətdə görülən işlərdən danışılıb və bu iki ölkənin eyni mədəniyyət üzərində kökləndiyi vurğulanıb.

İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəisi Əbuzər İbrahimi Türkəman görüşdə vurğulayıb: Xoşbətlikdən iki ölkə arasında olan əməkdaşlıq mədəni əlaqələri genişləndirir, gözəçarpacaq dərəcədə bu məsələdə irəliləyiş müşahidə olunur və əgər İslami həmrəylik və əməkdaşlıqdan söhbət gedirsə, heç kim bu məsələdə İran və Azərbaycandan yaxşı ola bilməz.

O, İlham Əliyevin 2017-ci ili "İslami Həmrəylik" ili adlandırmasını müsbət dəyərləndirərək əlavə etdi: Bizim ata və babalarımız bu iki millət arasında əlaqələrin qorunub saxlanılmasını istəyiblər və bunun üçün xüsusi şərait və imkanların olmamasına baxmayaraq bunu ediblər də.

Əbuzər İbrahimi Türkəman əlavə etdi: Biz bu gün İran və Azərbaycan arasında olan əlaqə kimi bir əlaqə başqa bir dövlətlə yaratmaq istəsək, bunun üçün gərək yüz illər xərcləyək.

O vurğuladı: İran və Azərbaycan iki dövlət olaraq bir- birimizə o qədər yaxınıq ki, ikimizdən birimizin olmaması, digərimizin varlığını mənasız edər. Buna görə də əgər yadların bizim aramızı vurmasına və bizim vəhdətimizi pozmasına icazə versək, bizim üçün çoxlu problemlər yaranacaqdır.

İbrahimi Türkəman müsəlmanlar arasında vəhdət və birliyin zərurət və əhəmiyyətdən söz açaraq dedi: İslam dini insanlara düzgün şəkildə çatdırlmalıdır ki, insanlar dinin həqiqətini və əsil mahiyyətini görə bilsinlər.

İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəisi çıxışının davamında bəzi qüvvələrin İran və Azərbaycan arasında qarşıdurma yaratmaq və vəhdətlərini pozmaq əzmində olmalarına işarə edərək iki ölkə arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmliyini və bunu heç kimin sarsıda bilməyəcəyini vurğuladı.

O həmçinin Azərbaycandakı dini vəziyyətə işarə edərək dedi: Komunistlərin Azərbaycandakı bütün məscid və ziyarətgahları dağıtmasına baxmayaraq, müstəqillikdən sonra Azərbaycanda bu sahədə çox sürətli inkişaf olmuşdur. Məscid və ziyarətgahların çoxalması isə göstərir ki, QMİ və Azərbaycan dövləti dinin yayılmasına xüsusi diqqət göstərmişdir.

Qafqaz Müsəlmanları İdarəsinin şeyxi Allahşükür Paşazadə bu görüşdə 2017-ci ilin "İslami Həmrəylik" ili adlandırılmasını müsəlmanlar və iki ölkənin əlaqələrinin genişləndirilməsi üçün əhəmiyyətli olduğunu önə çəkdi və İran və Azərbaycan əlaqələrinin möhkəmliyini vurğulayaraq dedi: İki ölkə arasındakı bu dostluq, dini və mədəni əlaqələr İran və Azərbaycanın qədim dostluq və qardaşlığından xəbər verir.

O vurğuladı: Biz fəxr edirik ki, İran kimi qonşumuz vardır, çünki bu ölkənin siyasətçiləri və dövlət adamları bizim üçün çox əhəmiyyətlidir.

Allahşükür Paşazadə ölkədəki məscid və ziyarətgahların durumundan danışaraq dedi: Ermənilər işağl etdikləri ərazilərdə qədim tarixi, mədəni və dini əsərləri məhv edirlər, onların yerlərini dəyişirlər. Onların bu əməllərinin qarşısını almaqda İran Azərbaycana kömək edə bilər.

Qafqaz Müsəlmanları İdarəsinin şeyxi Allahşükür Paşazadə çıxışının davamında işğalda olan ərazilərdəki məscid və ziyarətgahlar barədə hesabat hazırlamaq, onların şəkillərinin çəkilib Azərbaycan tərəfinə verilməsində İranın himayəsinə ehtiyac olduğunu vurğuladı.

http://iqna.ir/fa/news/3627903


Ad:
E-poçt:
* Comment:
* captcha: