IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin paytaxtı Əbu-Zəbi şəhərində "Xatirələrdə qalan Həcc səfəri" sərgisi çərçivəsində Quran-Kərim nəfirs və nadir əlyazma nüsxələrinin də sərgisi keçiriləcəkdir.
BƏƏ-nin paytaxtı Əbu-Zəbi şəhərinin turizm və mədəniyyət idarəsinin müdiri Seyf Səid Ğəbbaş bu barədə dedi: "Xatirələrdə qalan Həcc səfəri" sərgisi cari ilin sentyabr ayının 20-də başlayacaq və 2018-ci ilin mart ayının 20-dək davam edəcəkdir.
O əlavə etdi: Qədimdə Həcc ayininin yerinə yetirilməsi xatirələrini canlandıran və 15 daxili və xarici müəssisələrdən və şəxsi kolleksiyaçıdan toplanmış 128-dən çox incəsənət nümunəsi və tarixi əsər bu sərgidə hamı üçün nümayiş etdiriləcəkdir.
Qeyd edək ki, Həcc ayinin tarixini əks etdirən bu sərgi "Şeyx Zayid" məscidinin tikilməsinin 10 illiyi münasibətilə keçirilir.
Sərigidə Quran-Kərimin müxtəlif nadir nüsxələri, o cümlədən hicrətin 4-cü əsrinə aid olan qızılı xətlərlə yazılmış əlyazma Quran və Kufi xətti ilə mavi dəri üzərinə yazılmış və Tunisin tarixi Qeyrəvan şəhərində kəşf edilmiş "mavi Quran" adı ilə məşhur olan nüsxə nümayiş olunacaqdır.
http://www.iqna.ir/fa/news/3641469