IQNA

Namazı səhih qılmağı öyrətmək üçün ilk proqram istehsal edildi + Foto

9:26 - November 07, 2017
Xəbər sayı: 3482354
İslam dünyasında ilk dəfə Həzrət İmam Hüseynin (ə) ziyarətgahının nəzdində fəaliyyət göstərən "Darul-Quran" idarəsi namazın qiraətini səhih oxumaq üçün proqram icad etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzrət İmam Hüseynin (ə) ziyarətgahının nəzdində fəaliyyət göstərən "Darul-Quran" idarəsi namazın qiraətini səhih oxumaq üçün öz növündə İslam dünyasında ilk dəfə olaraq yeni proqram istehsal etdi.

Proqramda Namazın sözlərinin və zikrlərinin düzgün qiraətindən əlavə Quran- Kərimin adətən namazda "Fatihə" surəsindən sonra oxunan beş kiçik surəsinin də (İxlas, Kövsər, Nəsr, Qədr və Əsr) düzgün qiraəti öyrədilir.

Bu proqramda əvvəlcə namazın qiraətində geniş şəkildə yol verilən səhvlər göstərilmiş və daha sonra onları təshih etmək və düzəltmək qaydaları öyrədilmişdir.

Proqramı hazırlayan proqramçı Mustafa Tayi bu proqramın İslam dünyasında misilsiz olduğunu vurğulayaraq dedi: Bu proqram istifadəçinin səsini və qiraətini eşidir, təkrar edir, səhvini göstərir və səhvini necə düzəldəcəyini də öyrədir.

Bu proqramı Android platforması üçün "Google play"dan endirə bilərsiniz və proqramın İOS platforması üçün nüsxəsi də tezliklə istifadəçilərin ixtiyarına veriləcəkdir.

http://iqna.ir/fa/news/3660509

تولید نرم‌افزار «تصحیح قرائت نماز» توسط آستان حسینی


تولید نرم‌افزار «تصحیح قرائت نماز» توسط آستان حسینی

تولید نرم‌افزار «تصحیح قرائت نماز» توسط آستان حسینی
Teqlər: iqna ، namaz ، qiraət ، səhih ، google play ، android ، ios
captcha