IQNA

14:03 - December 10, 2017
Xəbər sayı: 3482489
Qəzzə zolağında minlərlə fələstinli Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsinin ABŞ prezidentinin Qüdsə qarşı qərarının pislənilməsi üçün çağırışına cavab olaraq aksiya keçirib.
Qəzzədə Amerikanın Qüds barədə qərarına garşı geniş aksiya keçirilibBeynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Sahartv-yə istinadla xəbər verir ki, dünən axşam qabağı keçirilən Qəzzə aksiyasında iştirakçılar Amerikaya qarşı şüarlar səsləndirərək Amerikanın ərəb müşayiətçilərini də pisləyiblər və Qüdsün Fələstinin əbədi paytaxtı olaraq qalacağını vurğulayıblar.
 
Bu aksiyada Amerika və sionist rejimin bayraqları eləcə də Donald Trampın müqəvvası yandırılıb və Səudiyyə vəliəhdi Məhəmməd Bin Salmanın və Səudiyyə kralı Salman Bin Əbdül-Əzizin şəkilləri cırılıb.
 
Qəzzə aksiyasının iştirakçıları üzərində " Məhv olsun Ali-Səud" şüarı yazılmış plakatlar daşıyıblar. 
 
Teqlər: Qəzzə ، Amerika ، iqna ، Quran ، Qüds ، ABŞ
Ad:
E-poçt:
* Comment:
* captcha: