IQNA

10:23 - December 16, 2017
Xəbər sayı: 3482513
İslam dinini yeni qəbul etmiş almaniyalı müsəlman Avropanın müxtəlif yerlərinə səfər edərək bu qitədə müsəlmanların dini məkanlarını və İslam dininin gözəlliklərini şəkillər ilə nümayiş edib.

Avropanın beş böyük məscidi almaniyalı yeni müsəlmanın foto hekayəsində - FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam dinini 1992-ci ildə qəbul etmiş almaniyalı müsəlman Avropanın müxtəlif yerlərinə səfər edərək bu qitədə müsəlmanların dini məkanlarını və İslam dininin gözəlliklərini şəkillər ilə nümayiş edib.

Əhməd Akhard Krausen adlı bu yeni müsəlman özünün “Avropada İslam” adlanan yeni foto sərgisində  ki, İngiltərənin Kambric (Cambridge) şəhərində keçirilir, İslam dininin Avropada müxtəlif gözəlliklərini və müsəlmanların xristian və yəhudilər ilə qədim əlaqələrini fotolar ilə nümayiş edib.

2018-ci ilin May ayınadək davam edəcək bu sərginin əsas hədəfi İbrahimi dinlərin (səmavi dinlər) keçmişdəki əlaqələrini və hazırda Qərbi Asiya və Avropada müsəlmanların digərləri ilə ictimai, siyasi, mədəni və elmi əlaqələrini araşdırmaq və dinlərin davamçılarını təsirli və effektiv dialoqlara dəvət etməkdir.

Əhməd Akhard qərbli müsəlmanların barəsində deyir: Son on illikdə Avropaya mühacirət edən müsəlmanların çoxu bu qitədə öz kimliklərini təsbit etməyə çalışırlar. Onlar İslami və qərb yaşam tərzi arasında olan yol ayrıcında qalıblar və hələ hansı səmtə gedəcəklərini və bu ikisini necə bir araya gətirəcəklərini təyin edə bilməyiblər.

O əlavə edir: Eyni halda avropalılar da hiss edirlər ki, dini və milli kimliyin Avropada inteqrasiya olunduğu və İslam mədəniyyətinin genişləndiyi və yayıldığı bir zamanda bu məsələyə yenidən baxılmalı, müsəlmanlar barəsində önfərzlərlə fikirləşməməli və cəmiyyəti barışdırıcı bir danışığa dəvət etməlidirlər.

Akhard vurğulayır: Mənim hədəfim müsəlmanlar və qeyri-müsəlmanlar arasında ikitərəfli mədəni danışıqları təşkil etmək və insanların bir-birini olduğu kimi dərk etməsini gücləndirməkdir.

Ahmad Akhard 1997-ci ildə Avropanın İslami məkanlarını gəzməyə və görməyə başladı və bunun nəticəsində minlərlə tarixi şəkil hazırladı. O deyir ki, hazırladığım şəkillərin məni hədəfimə, yəni çox dinli, çox mədəniyyətli və millətli olmaqla yanaşı sülh şəraitində birgə yaşamaq, çatdıracağına ümidvaram.

İndi isə onun hazırladığı fotoların arasında Avropanın 5 böyük və gözəl məscidinin şəkilini oxucularımıza təqdim edirik.  

Kopenhagen məscidi

Danimarkanın paytaxtı Kopenhagenin “Həmd” mədəniyyət mərkəzi və məscidi 2014-cü ilin İyun ayının 25-də istifadəyə verilib ki, iki gözəl minarəsi var və bu ölkədə misilsizdir.

سفر معنوی به اسلام با ابزار دوربین/ 5 مسجد زیبای اروپا از لنز دوربین مسلمان شده آلمانی

Stokholm məscidi

İsveçin paytaxtı Stokholm şəhərinin məscidi gözəl minarə və günbəz ilə bu şəhərin Katarina kilsəsinin yanında yerləşir. Və Stokholm ən gözəl məscididir.

سفر معنوی به اسلام با ابزار دوربین/ 5 مسجد زیبای اروپا از لنز دوربین مسلمان شده آلمانی

İspaniyanın “Qəsrul-Hümra” məscidi

Bu məscid İslami memarlığın şah əsəri sayılır. İspaniyanın ən qədim tarixi ərazisi olan Əndəlusda yerləşən bu məscid UNESCO tərəfindən qeydiyyata alınıb. “Qəsrul-Hümra” məscidi hündür bir yerdə tikilib. Qalası, hamamı, məscidi, qəsri və bağı vardır. Bu məscid İspaniyanın turizm məkanlarından biridir.

سفر معنوی به اسلام با ابزار دوربین/ 5 مسجد زیبای اروپا از لنز دوربین مسلمان شده آلمانی

Belarusiya məscidi

14-cü miladi əsrinin başlanğıcında Lipka tatarlarından ki, Əhli-Sünnə məzhəbindən olan müsəlmanlar idilər, bir qrupu Krım yarımadasından Litviyanın (indi Belarusiyanın tərkibindədir) Duklar yaşayan rayonlarına mühacirət etdilər və burada məskunlaşdılar.  

سفر معنوی به اسلام با ابزار دوربین/ 5 مسجد زیبای اروپا از لنز دوربین مسلمان شده آلمانی

İtaliyanın Palermu məscidi

İbn Hövqəl (4-cü hicri qəməri əsrinin coğrafiyaçısı) öz kitabını yazmaq üçün İspaniyaya getmişdi. O, öz kitabında Palermu şəhərini 300 məscidli şəhər kimi təqdim edir.

سفر معنوی به اسلام با ابزار دوربین/ 5 مسجد زیبای اروپا از لنز دوربین مسلمان شده آلمانی

Hazırladı: Seyyidə Nərgiz Vahabzadə

http://iqna.ir/fa/news/3672341

 

Teqlər: İQNA ، Avropa ، Almaniya ، məscid ، Kambric
Ad:
E-poçt:
* Comment:
* captcha: