IQNA

8:21 - December 26, 2017
Xəbər sayı: 3482555
Dekabr ayının 25-i hər il bütün dünya xristianları tərəfindən Həzrət İsa Məsihin (ə) miladı kimi qeyd edildiyi halda bəzi təkfirçilər bu bayramı haram elan edərək təfriqəçilik alovunu şölələndirirlər.

Təkfirçi radikalların Milad bayramını qara bayrağa bürüməsi və Quranın buna cavabıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Dekabr ayının 25-i hər il Həzrət İsa Məsihin (ə) miladı və doğum günü kimi qeyd edilir. Dünyanın bütün məsihiləri və xristianları bu mübarək günü baryam etdikləri halda bəzi təkfirçi, radikal və vəhabi zehniyyətli müsəlmanlar bu bayramı haram elan edərək təfriqəçilik alovunu şölələndirirlər.
Noel,  Şaxta Baba, Yolka bayramı və yeni il adı ilə keçirilən Həzrət İsa Məsih ibn Məryəmin (ə) milad bayramı hər il xristianlar tərəfindən təntənəli şəkildə qeyd edilir. Ortodoks məsihilər, Katolik kilsəsi və Protestant təriqətinin davamçıları Milad bayramını Dekabr ayının 25-ci gün və bəziləri də 24-dən 25-nə keçən gecə qeyd edirlər.
Rusiya, Ukrayn və Fələstinin tarixi regionu oan “Müqəddəs Torpaqlar” ərazisində yaşayan bəzi məsihi və xristianlar isə bu bayramı qədim xristian təqviminə (Yulian) əsasən Yanvar ayının 7-də keçirirlər.
Buna görə də dünya məsihi və xristianları ümumilikdə Dekabr ayının 25-dən Yanvar ayının 7-dək, yəni “xaçyuma mərasimi”nədək Milad bayramı kimi keçirirlər.
Bu bayram 20-ci əsrədək məsihi və xristianların məzhəbi bayramı kimi keçirilsə də, müasir dövrdə bu bayram dini rəngini itirmiş və daha çox yeni milad ilinin çatması kimi bayram keçirilir və həmişə yaşıl şam ağacından bayram simvolu kimi istifadə edilir. Və insanlar bu yeni il bayramından istifadə edərək qohum-əqrabaya baş çəkir, bir-birilərinə hədiyyə verir və bir yerə toplaşıb şad anlar yaşayırlar.
Hər il Ərəb dünyasında və İslami ölkələrdə Milad bayramı ərəfəsində yeni hay-küylər qalxır, tendesiya və skandal yaranır. Bir dəstə deyir ki, müsəlmanlar bu bayramı qeyd etməsin, digər bir dəstə deyir ki, eybi yoxdur.
Müsəlmanların bu bayramı keçirməsini və həttə məsihilərə təbrik deməsini haram sayanlar arasında və demək olar ki, öndə gedənləri vəhabi, sələfi və təkfirçilərdir. Təkfirçilərin bu təfriqəçi fətvalarını hər miladı ilinin astanasında yaymaqda isə Ərəb dünyasının, xüsusilə də Səudiyyə koalisiyası peyk tv kanallarının xüsusi canfəşanlığı gözə çarpır.
Bu il də (2017) sona çatmaq üzərədir və qarşıdan yeni il (2018) gəlir. Təkfirçi vəhabilərin Səudiyyə Ərəbistanın pulu ilə idarə etdiyi peyk tv kanalları bu bayramı keçirməyi və təbrik etməyi Peyğəmbərin (s) sünnəsi olmadığı və səhabələrin də belə bir bayram keçirmədiyi üçün bidət və haram sayırlar. Onlar hətta bir az da irəli gedərək müsəlmanlara Misirdə yaşayan “qibti xristianlar”ın da il bayramında iştirak etməyi haram ediblər, sosial şəbəkələrdə Milad bayramını qeyri-İslami adlandıraraq “Milad bayramı haramdır” kompaniyası başladıblar və müsəlmanları bu bayramı keçirənlərə qoşulmamağa çağırıblar.
Belə bir şəraitdə Misirin Darul-İfta idarəsi buna reaksiya göstərmiş və açıq şəkildə etlan etmişdir ki, İsa Məsihin milad bayramını müsəlmanların da bayram keçirməsində heç bir problem yoxdur. Bu iş haram deyil və şəriətə uyğundur. Çünki bu gün şadlıq və sevinc günüdür. Digər tərəfdən isə Milad bayramını müsəlmanların da xristianlarla birlikdə qeyd etməsi ortada olan kin-küdurət və nifrətin aradan getməsinə səbəb olacaqdır.
Amma bununla belə yenə də vəhabi şeyxləri sülh və dostluq peyğəmbərlərinin ardıcılları arasında təfriqə salmaq və fitnə törətmək xülyasındadırlar.

Təkfirçi radikalların Milad bayramını qara bayrağa bürüməsi və Quranın buna cavabı
Milad bayramını müsəlmanlara haram edənlər sırasında aşağıdakı əhli-sünnə və vəhabi alimləri ön sıralarda yer alırlar:
Hazırda sürgündə Misirli alim və “şeyxul-fitnə” ləqəbini daşıyan Şeyx Yusif Abdullah Qarzavidir. O, milad bayramını dünya millətlərinin vəhdəti üçün də olsa, keçirilməsini İslam ümmətinin şəninin aşağılanması hesab edir. Hətta yolka ağacının və bu bayrama aid simvolların müsəlman tacirlər tərəfində satılmasına da razı deyil. O deyir: “Nə üçün sənin olmayan bir din üçün bayram keçirirsən, halbuki onlar bizə zülm ediblər. Bizi İslami ayinləri yerinə yetirməyə qoymurlar. Xristian ölkələrində məscidlərimizə minarə tikməyi qadağan ediblər”.  
Təkfirçi radikalların Milad bayramını qara bayrağa bürüməsi və Quranın buna cavabıSəudiyyəli vəhabi şeyxi Məhəmməd Əl-Ərifi, bu bayramı da “şirk” hesab edərək, bu bayram da xristianlara hədiyyə verməyi də haram sayıb.

 

 

 

 

 

Misirin radikal sələfi-vəhabi təbliğatçısı Yasir Bərhami də milad bayramında xritstianlara təbrik deməyi bidət və haram elan edib.

Təkfirçi radikalların Milad bayramını qara bayrağa bürüməsi və Quranın buna cavabı

 

 

 

 

 

 

 

Təkfirçi radikalların Milad bayramını qara bayrağa bürüməsi və Quranın buna cavabı

 

Misirin digər radikal vəhabi təbliğçisi Hatəm Əbu İshaq ibn Şeyx Əbu İshaq əl-Hüveyni də milad bayramı keçirməyə bidət və haram hesab edərək öz Facebook səhifəsində yazdı: Müsəlmanların iki bayramı vardır, Qurban və Fitr və Cümə günü də həftənin günlərinin bayramıdır. Bundan başqa nə varsa, haram və bidətdir.
 

 

 

 

Qurani-Kərim bu barədə nə deyir?
 
Belə bir şəraitdə biz Qurani-Kərimə müraciət etsək, Milad bayramını haram edənlərlə bağlı daha dəqiq cavab əldə edə bilərik. Qurani-Kərimin ümumi baxışı qarşısında vəhabilərin bu fətvaları öz rəngini itirəcək və geri çəkiləcəkdir. Çünki Quranın ruhu insanları sülhə və dostcasına yaşamağa dəvət edir. İnsanların sülh içində və dostcasına bir şəraitdə yaşaması İslam dini və Qurani-Kərimin əsas prinsipi və ana xəttidir. İslam dini bu məsələyə müxtəlif yerlərdə və müxtəlif formalarda sərahətlə və net bir şəkildə işarə etmişdir.
Qurani-Kərim baxımından əqidə fərqliliyinə görə, məzhəblər və dinlərarası savaşların heç bir mənası yoxdur. Həmçinin Qurani-Kərim digər dinlərin davamçılarına qarşı nifrət bəsləməyi və kin saxlamağı qadağan etmiş və onlara hörmətsizlik etməyi qeyri-dini metod saymışdır.

Təkfirçi radikalların Milad bayramını qara bayrağa bürüməsi və Quranın buna cavabı
Qurani-Kərim bir-birlərini istehza və təkfir edən və insani hüquqlara riayət etməyən və həmişə müharibə odunu alovlandıran bir qruq məsihi və yəhudilərə xitabən deyir:
       
«وَقَالَتِ الْيَهُودُ لَيْسَتِ النَّصَارَى عَلَى شَيْءٍ وَقَالَتِ النَّصَارَى لَيْسَتِ الْيَهُودُ عَلَى شَيْءٍ وَهُمْ يَتْلُونَ الْكِتَابَ كَذَلِكَ قَالَ الَّذِينَ لَا يَعْلَمُونَ مِثْلَ قَوْلِهِمْ فَاللَّهُ يَحْكُمُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ».
 
Yəhudilər dedilər: «Xristianlar haqq dində deyildirlər.» Və xristianlar dedilər: «Yəhudilər doğru dində deyildirlər.» Halbuki, onların hamısı (səma) kitab(ı) oxuyurlar. (Deməli iddiaların hər ikisi səhvdir və hər iki şəriət yalnız öz zamanlarında haqdır.) (Müşriklər kimi) nadanlar da onların sözləri kimi (sözlər) dedilər (ki, müsəlmanlar haqq deyildirlər). Odur ki, barəsində ixtilafa düşdükləri şey barəsində onların aralarında Qiyamət günü Allah hökm edəcəkdir. (Bəqərə/113).
Həmçinin bütün insanlarla sülh şəraitində və dostcasına yamaşaq barədə buyurur:
 
« لَا يَنْهَاكُمُ اللَّهُ عَنِ الَّذِينَ لَمْ يُقَاتِلُوكُمْ فِي الدِّينِ وَلَمْ يُخْرِجُوكُمْ مِنْ دِيَارِكُمْ أَنْ تَبَرُّوهُمْ وَتُقْسِطُوا إِلَيْهِمْ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ»
 
Allah din barəsində sizinlə döyüşməyən və sizi yurdunuzdan çıxartmayan (kafir) kəslərə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etmir. Çünki, Allah ədalətli olanları sevir. (Mümtəhənə/8).
Allah-Taala Qurani-Kərimdə Əhli-Kitab barədə müştərək dəyərərə işarə və müsəlmanları və məsihiləri bu dəyərlərə uymağa dəvət edərək buyurur:
«وَلَا تُجَادِلُوا أَهْلَ الْکِتَابِ إِلَّا بِالَّتِی هِیَ أَحْسَنُ إِلَّا الَّذِینَ ظَلَمُوا مِنْهُمْ وَقُولُوا آَمَنَّا بِالَّذِی أُنْزِلَ إِلَیْنَا وَأُنْزِلَ إِلَیْکُمْ وَإِلَهُنَا وَإِلَهُکُمْ وَاحِدٌ وَنَحْنُ لَهُ مُسْلِمُونَ»(عنکبوت،۴۶)
 
Və kitab əhli ilə (yəhudilər və xristianların) zülm edənləri (təkəbbürlü olanlar, inadkarlar və haqqı qəbul etməyənlər) istisna olmaqla, yalnız ən gözəl bir tərzdə (təhqirsiz, hədəsiz, kobud davranmadan) mücadilə və mübahisə edin. Deyin: «Biz özümüzə nazil olana və sizə nazil olana iman gətirmişik və bizim də Allahımız və sizin də Allahınız birdir və biz Ona təslim olanlarıq». (Ənkəbut/46).
Qurani-Kərim sonra isə Əhli-Kitabı da (yəhudi və xristianlar) vəhdətə və müştərək dəyərlərə sayqı ilə yanaşmağa dəvət edərək buyurur:
«و قُلْ یَا أَهْلَ الْکِتَابِ تَعَالَوْا إِلَى کَلِمَةٍ سَوَاءٍ بَیْنَنَا وَبَیْنَکُمْ أَلَّا نَعْبُدَ إِلَّا اللَّهَ وَلَا نُشْرِکَ بِهِ شَیْئًا وَلَا یَتَّخِذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًا مِنْ دُونِ اللَّهِ فَإِنْ تَوَلَّوْا فَقُولُوا اشْهَدُوا بِأَنَّا مُسْلِمُونَ» (آل عمران، ۶۴)
De: «Ey kitab əhli, gəlin bizimlə sizin aranızda bir olan kəlmə (barəsində peyğəmbərlərin və səmavi kitabların yekdil olduqları söz) ətrafında toplanaq (və o budur ki): Allahdan başqasına ibadət etməyək, heç bir şeyi Ona şərik qoşmayaq və bəzilərimiz Allahın yerinə bəzilərimizi tanrılar qəbul etməsin. Beləliklə, əgər (bu təklifdən) üz döndərsələr deyin: «Şahid olun ki, həqiqətən, biz müsəlmanlarıq.» (Ali-İmran/64).
Bu ayələrdən görünür ki, Qurani-Kərimin baxışı kitab əhlinə (yəhudi və xristianlar) müşriklərə qarşı sərgilədiyi baxış ilə eyni deyil. Hər birinə xüsusi bir dil və ədəbiyyat ilə cavab vermişdir. Qurani-Kərim müsəlmanlara qarşı dost qapıdan keçənlər barədə əxlaqi və insani dəyərlər əsasında davranır. Buna görə də əxlaq qapısından keçən hər bir dəstəni Qurani-Kərim tərifləyir. Necə ki, Bəqərə surəsinin 62-ci ayəsində buyurur:
 إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالنَّصَارَى وَالصَّابِئِينَ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَعَمِلَ صَالِحًا فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ».
 
Şübhəsiz, (İslama) iman gətirənlər, yəhudilər, xaçpərəstlər və sabiilər (Nuhun və ya Yəhyanın ardıcılları), (bu dəstələrdən) hər kim (öz peyğəmbərlərinin əsrində) Allaha və axirət gününə iman gətirsə və yaxşı işlər görsə, onlar üçün Rəbbi yanında hallarına münasib sabit mükafat vardır. Onlara (Qiyamət günü) nə bir qorxu var, nə də qəmgin olarlar.
Və həmçinin Ali-İmran surəsinin 199-cu ayəsində yenə də Əhli-Kitabı tərifləyərək buyurur:
وَإِنَّ مِنْ أَهْلِ الْكِتَابِ لَمَنْ يُؤْمِنُ بِاللَّهِ وَمَا أُنْزِلَ إِلَيْكُمْ وَمَا أُنْزِلَ إِلَيْهِمْ خَاشِعِينَ لِلَّهِ لَا يَشْتَرُونَ بِآيَاتِ اللَّهِ ثَمَنًا قَلِيلًا أُولَئِكَ لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ».
 
Əlbəttə, kitab əhlindən Allah qarşısında təvazökarlıqla Allahın ayələri(ni təhrif etmək) ilə azacıq bir qazanc əldə etmədən Allaha, sizə nazil olana (Qur’ana) və onlara nazil olana (keçmiş səma kitablarına) iman gətirən kəslər vardır. Onların öz Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır. Şübhəsiz, Allah tez hesab çəkəndir (hesab baxımından heç kəsin mükafatını gecikdirmir).
 
http://iqna.ir/fa/news/3675958

Ad:
E-poçt:
* Comment:
* captcha: