IQNA

Almaniyadakı İslami əlyazma nüsxələr siyahıya alınaraq kataloqlaşdırılacaq

10:16 - January 05, 2018
Xəbər sayı: 3482597
Almaniyanın Saksoniya əyalətinin Elmlər Akademiyası "İslami əlyazma nüsxələrin tədqiq edilməsi, indeksləşdirilməsi və kataloqlaşdırılması" elektoron kitabxana layihəsinin icrasına başladı.

Almaniyadakı İslami əlyazma nüsxələr siyahıya alınaraq kataloqlaşdırılacaqİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, Almaniyanın Saksoniya əyalətinin Elmlər Akademiyası "İslami əlyazma nüsxələrin tədqiq edilməsi, indeksləşdirilməsi və kataloqlaşdırılması" elektoron kitabxana layihəsinin icrasına başladı.

"İslami əlyazma nüsxələrin tədqiq edilməsi, indeksləşdirilməsi və kataloqlaşdırılması" elektoron kitabxana layihəsinin hədəfi bütün dünyada İslami araşdırmalar aparan mütəxəssis tədqiqatçılara bu qədim və tarixi irsdə tədqiq etmək və araşdırmaq aparmaq imkanı və fürsəti yaratmaqdır.

Bu dicital kitabxana "Ərəb kitabnaxsı" (Arabische Bibliothek) adlanır və qərargahı Almaniyanın şərqində Leipzig şəhərində yerləşir. Kitabxana öz işini 2036-cı ilədək davam edəcəkdir.

"Ərəb kitabnaxsı" (Arabische Bibliothek) adlanan bu kitabxananın məsuliyyətini Leipzig şəhər universitetinin İslam və Ərəb Araşdırmalrı kafedrasının ustadı Ferina Klim öz öhədisnə götürmüşdür.

Bu layihə Almaniyanın "İnsani irsin indeksləşdirilməsi, kataloqlaşdırılması və tədqiqi" adlı böyük layihənin tərkib hissəsi olaraq Almaniyanın Elmlər Akademiyası və Leizpig univeristetinin həmkarlığı ilə həyata keçirilir.

"Ərəb kitabnaxsı" (Arabische Bibliothek) adlanan bu kitabxana əsas işini miladi tarix ilə 12-ci əsrdən 17-ci əsrədək dini, ədəbi, tərcümeyi-hal, lüğətnamə, və ensiklopedik mövzularda yazılmış əlyazma nüsxələrin araşdırılması üzərində mərkəzləşdirəcəkdir.

Kitabxananın əsərləri məmluklar və osmanlıların Misir, Suriya və Anadoluda hökumətləri zamanı ehtiva edir və üç dildə, yəni Ərəb, Alman və İngilis dilində təqdim ediləcəkdir.

http://iqna.ir/fa/news/3678975

captcha