İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın Heydərabad şəhərində bu ölkənin azadlıq hərəkatında yaxından iştirak etmiş mübariz müsəlmanların fotoları və tərcümeyi-hallarını ehtiva edən iki günlük sərgi keçirilib.
Bu gün və sabah (həftənin altıncı və bazar günləri), 30 iyun və 1 iyul 2018-ci il, Heydərabadın Lakdipul regionunda keçiriləcək bu sərgidə Hindistanın azadlığı uğurunda mübarizə aparmış 155 nəfər müsəlman liderin şəkilləri nümayiş olunur ki, müasir nəsilin cavanlarının bir çoxu onları tanımılrar. Bu sərgidə onların tərcümeyi-halı və mübarizə yolunu əks etdirən kitablar da vardır.
Hindistanın məşhur müsəlman tarixçisi və qəzet yazarı Seyyid Nəsir Əhməd bu müsəlman mübarizlərin keçmişlərini araşdırmış, onların şəkillərini və rəssamlar tərəfindən çəkilmiş rəsimlərini toplamışdır. O, bu şəkilləri və tərcümeyi-halları bütün Hindistanda maraqla qarşılanmış bir kitabda çap etmişdir.
Sərgidə bu kitabda tərcümeyi-halları yazılan bütün mübarizlərin fotoları səgilənmişdir. Bu sərgidə fotoları nümayiş olan mübarizlər arasında Siracud-Dua, Heydərəli, Teypu Sultan, Qulam Rəsulxan, Nəvvab Kurnul, Mübarizud-Dövlə Məsumə Bəyim, Əkbər Əli Xan və digərləri vardır.
Müsəlman mübarizlərin fotolarını ehtiva edən bu sərginin əsas hədəfi müasir nəsil cavanları onların şəxsiyyəti, həyat yolu və mübarizəsi ilə tanış etməkdir.
http://iqna.ir/fa/news/3726409