IQNA

Türkiyəli fotoqraf İslami şəhərlərin fotoarxivini hazırlayır

10:40 - September 17, 2018
Xəbər sayı: 3483881
Orhanın hədəfi müsəlmanlara bir-birlərini tanıtdırmaq, müsəlmanları İslam ölkələrinin mühüm şəhərləri ilə tanış etmək və bu vasitə ilə müsəlmanlar arasında qarşılıqlı mehriban münasibət yaratmaqdır.

Türkiyəli fotoqraf İslami şəhərlərin fotoarxivini hazırlayırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyəli incəsənət adamı, fotoqraf Orhan Durgut müxtəlif İslami ölkələrin şəhərlərinin fotoarxivini hazırlayır.

Bu işə 12 ilini xərcləyən Orhanın hədəfi müsəlmanlara bir-birlərini tanıtdırmaq, müsəlmanları İslam ölkələrinin mühüm şəhərləri ilə tanış etmək və bu vasitə ilə müsəlmanlar arasında ülfət və qarşılıqlı mehriban münasibət yaratmaqdır.

Orhan ilk dəfə 2006-cı ildə Məkkədə olarkən bu qərara gəlir ki, “İslami şəhərlər” adlı bir fotoarxiv hazırlasın. Bundan sonra o, dünyanın 45 İslami şəhərinə səfər edərək şəhərləri tanıdan fotoları arxivində qeyd edir.

Müsəlmanların bir-birləri barədə ətraflı məlumata sahib olmadıqlarını deyən Orhan vurğulayır: Şəkil təksə incəsənət əsəri deyil, həm də insanlara məlumatlar və mesajlar ötürən bir mənbədir. Ümid edirəm ki, hazırladığım material İslam dünyasına xidmət üçün faydalı olacaqdır.

Əsasən müqəddəs və tarixi şəhərlərin, peyğəmbərlər və din alimlərinin məqbərələrinin fotolarını hazırlamağın önəmli olduğunu deyən Orhan indiyədək Məkkə, Mədinə, Qüds, Dəməşq, İsfahan, Sarayo, Bağdad və sair şəhərlərin fotoarxivlərini hazırlamışdır.  

http://iqna.ir/fa/news/3747251    

 

 

Teqlər: iqna ، orhan ، fotoqraf ، fotoarxiv
captcha