IQNA

Omanda Qurani-Kərim Günündə misirli uşağın parlaq çıxışı

10:34 - May 27, 2026
Xəbər sayı: 3500416
İQNA – Misirli bir uşaq Qurani-Kərimin tamamını cəmi 8 saatda əzbərdən tilavət etməklə Oman Qurani-Kərim Günü tədbirinin təşkilatçılarını heyrətləndirib.

“İQNA”-nın “əş-Şərq” qəzetinə istinadən verdiyi xəbərə görə, Oman Qurani-Kərimə Qayğı Cəmiyyəti ölkənin dördüncü illik Qurani-Kərim Gününü Buşər vilayətinin Sultan Qabus şəhərində yerləşən Səyyidə Fatimə Zəhra (s) məscidi və şurasında təşkil edib. Tədbirə müxtəlif yaş qruplarından 600 nəfər qatılıb.

Oman Qurani-Kərim Günü ölkənin müxtəlif bölgələrində keçirilən və Oman Qurani-Kərimə Qayğı Cəmiyyəti tərəfindən təşkil olunan illik tədbirdir.

Bu proqram intensiv Quran fəaliyyətlərindən ibarətdir: iştirakçılar əzbərlədikləri bütün Quranı və ya müəyyən hissələri nəzarətçi-müəllim qarşısında tilavət edirlər.

Proqramın xüsusi bir bölümü isə bir gün ərzində motivasiyaedici və rəqabətli mühitdə Quranın xətm olunmasına həsr edilib.

Dördüncü Qurani-Kərim Günü hifz bölməsinə fokuslanıb və bir neçə kateqoriyanı əhatə edib: 

- Tam Quran hifzi, 

- 20 cüz, 

- 15 cüz, 

- 10 cüz, 

- 5 cüz, 

- 3 cüz, 

- 2 cüz.

Tədbir Qurani-Kərimi tam əzbərləmiş hafizlərin, həmçinin tilavətləri dinləyən müəllimlərin və könüllülərin təltif olunması ilə başa çatıb.

4354004

Teqlər: oman ، hafiz ، quran ، uşaq
captcha