IQNA

0:09 - December 16, 2018
Xəbər sayı: 3484353
İraqın "İmam Hüseyn (ə)" adına ixtisaslaşdırılmış milli Quran Elmləri kurslarının 2-ci turunun sınaq imtahanlarında 200 nəfər müəllim və təlimçi iştirak edib.

İraqın Quran Elmləri sınaq imtahanlarında 200 təlimçi iştirak etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın "İmam Hüseyn (ə)" adına ixtisaslaşdırılmış milli Quran Elmləri kurslarının 2-ci turunun sınaq imtahanlarında 200 nəfər müəllim və təlimçi iştirak edib.
İraqın "İmam Hüseyn (ə)" adına ixtisaslaşdırılmış milli Quran Elmləri kursları İmam Hüseynin (ə) hərəminin nəzdində fəaliyyət göstərən "Darul-Quran" idarəsinin və Qurani Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə 30 həftə müddətində "Xatəmul-Ənbiya (s)" salonunda keçirilib.
Kursların məqsədi Quran elmləri müəllimləri və təlimçilərinin elmi bazasını çoxaltmaq və gücləndirməkdir.
Bu kurslarda İraqın müxtəlif əyalətlərindən, o cümlədən Nəcəf, Kərbəla, Bağdad, Babul və həmçinin Kərbəlada yaşayan Afrika ölkələrindən olan dini hövzə tələbələrindən müxtəlif yaş qruplarına aid kişi və qadınlar iştirak ediblər.
İxtisaslaşdırılmış milli Quran Elmləri kurslarını uğurla başa vuranlar yaxın gələcəkdə keçiriləcək "Təfsir Qaydaları" kurslarında da iştirak edəcəklər.
http://iqna.ir/fa/news/3772362

مشارکت ۲۰۰ مربی در آزمون ملی علوم قرآن عراق + تصویرمشارکت ۲۰۰ مربی در آزمون ملی علوم قرآن عراق + تصویر

مشارکت ۲۰۰ مربی در آزمون ملی علوم قرآن عراق + تصویرمشارکت ۲۰۰ مربی در آزمون ملی علوم قرآن عراق + تصویر

مشارکت ۲۰۰ مربی در آزمون ملی علوم قرآن عراق + تصویر

 

Ad:
E-poçt:
* Comment:
* captcha: