IQNA

20:34 - January 04, 2019
Xəbər sayı: 3484466
İmam Hüseynin (ə) müqəddəs hərəmi nəzdində fəaliyyət göstərən “Müsəlman Ailə” müəssisəi  “Bizim övladlarımız və texnologiya” mövzüsündə beynəlxalq yazı müsabiqəsi təşkil edir. 
Bizim övladlarımız və texnologiya” mövzusunda beynəlxalq yazı müsabiqəsi keçiriləcəkİQNA-nın (Beynəlxaql Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İmam Hüseynin (ə) hərəmi nəzdində fəaliyyət göstərən “Müsəlman Ailə” müəssisəi  “Bizim övladlarımız və texnologiya” mövzüsündə beynəlxalq yazı müsabiqəsi təşkil edir. 
Yalnız qadınlar üçün təşkil olunan müsabiqədə “texnologiya və övladlarımızın ona üz tutma səbəbləri”,  “texnologiyanın  ictimai, ruhi və cismi zərərləri”,  “Övladlarımızı  texnologiyanın zərərlərindən necə qoruyaq”, mövzular haqqında araşdırmalar qiymətləndiriləcək. 
Müsabiqədə iştirak etmək istəyən şəxslər  25 səhifədən az və 35 səhifədən çox olmamaq şərti ilə  öz araşdırmalarını yarış komitəsinə göndərməlidir. 
Araşdırmalar “word” faylında ərəb dilində yazılmalıdır.  Yarışda iştirak edən məqalələr öncədən başqa yerlərdə çap olunmamalıdır. İnternet resurslarından istifadə olunmamalıdır. 
Yarışda birinci yeri qazanmış şəxslərə 300 min dinar, 2-ci yer 250 min dinar, 3-cü yerin qaliblərinə isə 200 min dinar pul mükafatı veriləcək. 
Ad:
E-poçt:
* Comment:
* captcha: